Bizimkiləri ərəblərə tanıdan Şəhrizad... -

Bizimkiləri ərəblərə tanıdan Şəhrizad...

Əbu-Dabidə (yəni ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında) bir xanım soydaşımız var. Şəhrizad Süleyman adlı bu zərif və zəkalı xanım Əbu-Dabi Universitetinin beynəlxalq əlaqələr kafedrasının müəllimi, şərqşünas-tədqiqatçıdır. Şəhrizad Süleyman indiyə qədər heç kəsin görmədiyi bir işi həyata keçirməklə məşğuldur.
O, boş vaxtlarında Azərbaycanın şair və yazıçıları haqqında ərəb dilində məqalələr yazır. Həmin məqalələr yaxın zamanda “Vikipediya”nın ərəb dili bölməsində yerləşdiriləcək.
Şəhrizad Süleyman həmçinin “Vikipediya”nın ərəb dili bölməsi üçün bugünlərdə məşhur satirik şairimiz Mirzə Ələkbər Sabir haqqında da məqalə hazırlayıb. Bəs bu məqalə hansı zərurətdən yaranıb, gəlin bu barədə məlumatı Şəhrizad xanımın öz qeydlərindən öyrənək:
"Hər dəfə auditoriyada tələbələrimlə Mirzə Ələkbər Sabirdən danışarkən internet resusrlarında dahi şairimizin həyat və yaradıcılığı ilə bağll ərəb dilində ətraflı məlumatın olmamasından təəssüflənirdilər. Məhz bu səbəbdən M.Ə.Sabirin həyat və yaradıcılığını ərəb dilində ədəbi-elmi təhlillərlə qələmə aldım".
P.S.
Qələminizə qüvvət, Şəhrizad xanım! 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !