Gülağa Tənha "Mən Allah adamıyam" kitabının təqdimatı. - Çıxış edir: Xalq artisti Niyaməddin Musayev (III hissə)

Gülağa Tənha "Mən Allah adamıyam" kitabının təqdimatı. Çıxış edir: Xalq artisti Niyaməddin Musayev (III hissə)

 Xeyriyyəçi – şair Gülağa Tənhanın “Mən Allah adamıyam” kitabının təqdimat mərasimində çıxış üçün xüsusi yer verilən  Xalq artisti Niyaməddin Musayev, müəllifin sözlərinə yazdığı növbəti mahnını ifa edir. Xeyriyyəçi – şair Gülağa Tənhanın xeyriyyə tədbirlərinə nəzər saldıqda bir çox tədbirlərdə Niyaməddin müəllimin də orada iştirak ediyinin şahidi oluruq... İndi isə sizə adı çəkilən kitabın təqdimatı zamanı Niyaməddin Musayevin çıxışının III hissəsini təqdim edirik.  

.

Gülağa Tənha yaradıcılığı: On cildlik kitabın III cildindən seçmələr...

 

NƏDİR?

 

Dünyanı başına alanda səsin,
Çoxları soruşur: «Bu fəğan nədir?».
Enməyə iki-üç pilləkən bəsdi,
Qalxmayan nə bilsin nərdivan nədir?

 

Eni nə boydadı uzun yorğanın?
Sonu haradadı dərin yarğanın?
Dünya, göz yandırır acı soğanın,
Yavanlıq budursa, bəs yavan nədir?

 

Sürünən ox tapsa atar uçana,
Kürmək bağlayana, kürmək açana,
«Namərd!» bağırırsa qovan qaçana,
Qaçan namərddirsə, bəs qovan nədir?

 

Gülağa, ömründən keçdi fəsillər,
Cürbəcür yurd-yuva seçdi nəsillər,
Tənhası olmasa, dünya nə bilər,
Tənhanın sevdiyi Ərkivan nədir?..

 

Ərkivan, mart, 2003

 

 

 

 


MÖHTAC

 

Bu dövrana, bu zamana nə olub,
Göz – işığın,
işıq gözün möhtacı.
İlməsinə düyün düşməz şeirimin,
Söz – qələmin, qələm sözün möhtacı.

 

Bir yaşamaq həvəsidi ömür-gün,
Həvəs – sonsuz,
istək – sonsuz,
arzu – min.
Qanadları üyüşməz ki, arzumun,
Öz yurdunda yanar közün möhtacı.

 

El alqışı taleyimin Günəşi,
Söndürəmməz əsən yellər atəşi.
Kaş ki, oğul ola bilə hər kişi,
Hər böyük yol kiçik izin möhtacı.

 

Ərkivan, mart, 2003

 

 

MƏNİM DÜNYAMIZDAN ACIĞIM GƏLİR…

 

Ruhunu canından didərgin salıb
Dərdini borcunun üstünə sərən
Ürəyi daşları görürəm deyə,
Ruha can verəni görürəm deyə,
Ruhdan can umanı görürəm deyə.
Könlündə ovunmaz qubar görünən,
Əlində çiçək yox, qabar görünən
Neçə gülüzlünü görürəm deyə,
Gömgöy göy üzündən intizar dərən
Çatılan qaşları görürəm deyə,
Elin töhmətitək gözlərdən üzə
Ələnən yaşları görürəm deyə
Mənim dünyamızdan acığım gəlir …

 

Göyün gözlərinə çəkilən sürmə
Haraydı, bir yerə yığıla bilmir.
Titrəyən istəkdi, uçunan həvəs,
Kövrələn ümiddi, təngiyən nəfəs,
Qaralmış buluddu, aylardan bəri
Titrəyir,
uçunur,
dağıla bilmir;
Mənim dünyamızdan acığım gəlir…

 

10.05.2007

 

 


KÜLƏK

 

Kimi kimdən xəbər alır,
Dərddaşını gəzən külək?
Yol yeriyir, yolda qalır,
Dağda-daşda əsən külək?

 

Kim çıxıbdı güzarına,
Görən giley-güzarı nə?
Sığınıb dərd-azarına
Gəzinməkdən bezən külək.

 

Nə müddətdi dözüb əsir,
Ümidimi üzüb əsir…
Nəyi nəyə yozub əsir,
Gülağadan küsən külək?!

 

Moskva, 10.05.2007

 

 

 

DAĞLAR

 

Yenə şər qarışır…
Cavabsız qoyub
Gör neçə sorğunu-sualı dağlar.
Baxıram…

Dillənmir…
Dinirəm…
Susur…
Səndənmi öyrənib bu halı dağlar?

 

Mat-mat boylanırdım bu yerə, göyə,
Qıymırdım göy üzü qəddini əyə…
Bü gündən dünənə baxırdım deyə
Necə dağıtdınız xəyalı, dağlar!

 

Gözümə sürtürəm yenə bu dərdi,
Baxıram, ağ dərdin təzədi, tərdi.
Bircə təsəllim var:
Babam deyərdi:
Seçəndi haramdan halalı dağlar…

 

Avqust, 2007

 

 

 

 

YEL ƏSİR...

 

Nərgizi öpüb gedir,
Diz üstə çöküb gedir…
Ləçəyinin şehini
Telinə büküb gedir;
Bu yel nə vaxt başlayıb,
Əsir,
əsir, dayanmır…

 

Haradı yeri-yurdu,
Görən, harda gecələr?
Ağaclardan yapışar,
Budaqlarda dincələr.
Bu yel nə vaxt başlayıb,
Əsir,
əsir, dayanmır…

 

Dağların sinəsindən
Daş qoparır, daş salır.
Bəlkə elə qisasdı,
Yazın heyfini alır?–
Bu yel nə vaxt başlayıb,
Əsir,
əsir, dayanmır…

 

Yol azan yolçu kimi
Titrəyir o, əsir o.
Saralmış yarpaqların
Ömürünü kəsir o;
Bu yel nə vaxt başlayıb,
Əsir,
əsir, dayanmır…
Yoxsa o da mənimtək
Ömrünü soraqlayır?!
Üşüyən gözəlinin
Telini daraqlayır?
Bu yel nə vaxt başlayıb,
Əsir, əsir, dayanmır…

 


Bakı, 25.05.2009

 

 

 

 

 

 

 

 

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #kitab #təqdimatı #şeir #sheir #maxni   #mahni  #muğam   #qiraət  #qiraet  #Mən  #Allah  #adam  #muğamklub  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !