Orqanizmdə vitamin çatışmazlığını göstərən əlamətlər - -Başın tərləməsi, depressiya...

Orqanizmdə vitamin çatışmazlığını göstərən əlamətlər -Başın tərləməsi, depressiya...

Vitamin insan orqanizmi üçün olduqca vacibdir. Vitamin çatışmazlığı olduqda bir çox xəstəliklər yaranır. B12 çatışmazlığı anemiya xəstəliyi yaradarkən, D vitamin çatışmazlığı yorğunluq və halsızlıq yaradır. Bəs vitamin çatışmazlığının əlamətləri hansılardır?
Araşdırmalara görə, yorğunluq, halsızlıq, yuxusuzluq vitamin çatışmazlığının ən başlıca əlamətləridir. Sağlam həyat təzində qidalarla təmin olunan vitamin və minerallar böyük rol oynayır. Anemiya və sinir sisteminə aid problemlərdən əlavə göz və dəri xəstəlikləri vitamin çatışmazlığı səbəbindən baş verir. Hər vitamin çatışmazlığının isə özünəməxsus əlamətləri var. Dəri xəstəlikləri və sinir sistemi pozuntuları B6 vitamini çatışmazlığından qaynaqlanır. Bununla yanaşı dodaq və dil çatlaması kimi əlamətlər də B6 vitamini çatışmazlığına işarə edir. Yaddaşın zəifləməsi, enerjinin az olması, zəiflik və yorğunluq kimi simptomlar vitamin çatışmazlığı səbəbindən meydana gələn bəzi əlamətlərdir. B12 vitamin çatışmazlığı da geniş yayılıb. Bu vitamin qırmızı qan hüceyrələrinin bərpa edir və zehni gücləndirir. Zehni yorğunluq zamanla intellektual bacarıqların da yavaşlamasına yol açır. Əgər uzun müddət unutqanlıq, hafizə itkisi kimi problemlərdən əziyyət çəkirsinizsə, bu zaman qanda B12 vitamininin səviyyəsi yoxlanılmalıdır.
D vitamini çatışmazlığı ölkəmizdə geniş yayılıb. Buna görə mütəxəssilər kifayət qədər günəş şüası qəbul etməyi məsləhət görürlər. Depressiya, sümük ağrıları, başın tərləməsi, əzələlərin zəifləməsi, D vitamini çatışmazlığından xəbər verir. Bu zaman isə xərçəng, ürək-damar xəstəlikləri kimi bir çox təhlükəli xəstəliklər ortaya çıxa bilər.
K vitamininin adı bir çox məqalələrdə halansa da, çoxları bu vitamindən xəbərsizdir. Bu, yağda həll olan vitaminlərdən biridir və çatışmadıqda burun, mədə və bağırsaqda, damaqda qanaxma baş verir. Bundan başqa ağız ətrafında qabıqlanma, dırnaqda zəiflik kimi əlamətlər də K vitamini çatışmazlığından xəbər verir. K vitamini çatışmadığı zaman orqanizmdə qanın laxtalanması müddətini artıran protrombinin sintezi azalır. yeniavaz.com 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !