Асим Мо ллазаде про вел мастер-класс для студенто в Академии Инфо рмацио нных Техно ло гий
Bu xəbəri paylaş
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə İnformasiya Texnologiyaları Akademiyasının tələbələrinə "Siyasət, siyasətçilər və media" mövzusunda master-klass keçib. Millət vəkili gələcəyin jurnalistlərinə siyasi qurumlar və siyasətçilərlə işləmənin mexanizmləri, effektiv üsulları, söz azadlığından bəhrələnmənin yolları, jurnalist etikası barədə məlumatlar verib. Həmçinin onlarla öz siyasi baxışlarını bölüşüb, media ilə münasibətlərinə aydınlıq gətirib. Sonra millət vəkili tələbələri maraqlandıran sualları cavablandırıb.
Dərsdən sonra tələbələr Asim Mollazadə haqqında çəkilmiş televiziya proqramına baxıblar. Akademiyanın dərs prinsiplərinə əsasən, tələbələr Asim Mollazadə ilə tanışlıq, onun keçdiyi master-klass və brifinq əsasında müxtəlif media materialları hazırlayacaqlar. Sonra bu materiallar ölkənin aparıcı KİV-lərində yayınlanacaq.