"Yaddaş" filmi ANS TV-də....

"Yaddaş" filmi ANS TV-də....

"Yaddaş" filmi ANS TV-də yayımlanacaqdır
Bakı, 20 yanvar (AzərTAc). "Bakı-film" kinostudiyasının istehsalı olan "Yaddaş" filmi ANS TV-də yayımlanacaqdır.
AzərTAc xəbər verir ki, beş seriyalı filmin ilk seriyası yanvarın 21-də saat 22:00-da efirə veriləcəkdir. Qarabağ müharibəsi və onun sadə insanların başına gətirdiyi fəsadlardan bəhs edən bu ekran əsəri hər həftənin cümə günləri nümayiş etdiriləcəkdir.
Real faktlar əsasında səhnələşdirilmiş filmin çəkilişləri Bakı və Şəki şəhərlərində aparılmışdır. Döyüş və müharibə səhnələrinin yer aldığı filmdə ağır hərbi texnikdan da istifadə edilmişdir.
"Yaddaş" filminin ssenari müəllifi və quruluşçu rejissoru Vahid Mustafayevdir.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]