Spirt təkcə qaraciyərə təsir etmir, həm də diş minasına ciddi zərər verir.
Bu sözləri stomatoloq Svetlana Baqaviyeva "Ura.ru"ya müsahibəsində deyib.
"Spirt bədəndən mayeni xaric edir. Maye ilə yanaşı faydalı mikroelementlər, o cümlədən dişlərimizin və sümüklərimizin əsasını təşkil edən kalsium və fosfor da ayrılır. Bu isə onların kövrəkliyinə gətirib çıxarır.
Dehidrasiya (bədənin susuz qalması) həm də ağız quruluğuna səbəb olur. Bu da nəticədə mikrobları öldürmək, mikrofloranı və turşu-qələvi balansını normallaşdıraraq, selikli qişanı nəmləndirərək qoruyucu funksiya daşıyan tüpürcək istehsalının azalmasına gətirib çıxarır. Kifayət qədər tüpürcək olmadıqda, kariyes aktiv şəkildə inkişaf etməyə başlayır, ərp yığılır, diş ətləri iltihablanır, stomatit görünür.
Bundan əlavə, spirtli içkilərin tərkibində şəkər var ki, bu da minaya pis təsir edir və diş xəstəliklərinə səbəb olur. Güclü spirt eyni zamanda selikli qişanı yandırır və malign neoplazmaların inkişafına kömək edir. Buzlu soyuq kokteyllər də uğurlu seçim deyil, çünki onlar minada çatlara səbəb olur", - həkim yekunda qeyd edib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.