Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında (YTP) bu qurumun rəhbərliyi ilə rezident müəssisələrin nümayəndələri arasında görüş keçirilib. Tədbirin keçirilməsində məqsəd texnopark və rezidentlərlə bağlı qanunvericilik aktlarında bəzi dəyişiklərlə tanışlıq və qarşıda duran problemlərin müzakirəsi olub.
Tədbiri giriş sözü ilə “Yüksək Texnologiyalar Parkı” MMC-nin baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov açıb. O, Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2022-ci il tarixli Fərmanı ilə “Yüksək Texnologiyalar Parkı” MMC-nin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi ilə əlaqədar olaraq işlərin aparıldığını rezident müəssisə rəhbərlərinin diqqətinə çatdırıb. Baş direktor bu istiqamətdə görülən işlərin cari ayda yekunlaşmasının nəzərdə tutulduğunu söyləyib.
Rəhbərlik etdiyi texnopark tərəfindən rezidentlərə hər zaman böyük dəstək göstərildiyini deyən Vasif Abbasov onların sağlam mühitdə sahibkarlıq fəaliyyətini icra etmələri üçün zəruri şərait və mühitin yaradıldığı qeyd edib.
Daha sonra texnoparkın baş mühəndisi Rahim Heydərov son dövrlərdə aparılan infrastruktur işlərindən bəhs edib. Onun sözlərinə görə, əraziyə 600 metr məsafədə yeni su və kanalizasiya xətləri, həmçinin 560 metr məsafədən yeni su xətti çəkilib, eyni yol infrastrukturunun təkmilləşdirilməsi işləri həyata keçirilib, o cümlədən ağır tonnajlı yük avtomobilləri üçün tərəzi keçən ilin son aylarından etibarən istismara verilib.
Tədbirdə YTP-nin icraçı direktoru Zaur Nəhmətov rezident müəssisələrin fəaliyyətlərindən danışaraq, yaxın günlərdə tikintiyə dair icazələrin alınacağını, iki rezident müəssisənin tikinti layihə sənədlərinin isə AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edildiyini bildirib. Eyni zamanda, rezident müəssisə rəhbərlərinə texniki və əmək təhlükəsizlik qaydalarına ciddi riayət olunması və müntəzəm nəzarətin aparılması tövsiyə olunub.
YTP-nin Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Nigar Mirbabayeva Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sənaye və texnologiyalar parkı ilə bağlı cari ildə imzaladığı mühüm fərmanlar barədə məlumat verib. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklər, o cümlədən Azərbaycanda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydaya əsasən texnologiyalar parkı ilə yanaşı, texnologiyalar parkından kənarda fəaliyyət göstərən hüquqi və yaxud fiziki şəxslərin də texnologiya parkının rezidenti sayılması və onlara veriləcək imtiyazlar görüş iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda müzakirələr aparılıb, rezident müəssisələrin rəhbərlərinin təklif və problemləri dinlənilib. İştirakçılar bu kimi görüşlərin təşkilinin ümumi inkişaf naminə faydalı olacağını bildiriblər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.