Qadın həndbol klublarınıın mübarizə apardığı Azərbaycan çempionatında sayca 11-ci və 12-ci turun oyunları keçirilib. "AHF Arena”da baş tutan tur maraqlı görüşlərlə yadda qalıb. Azərbaycan Həndbol Federasiyasından verilən məlumata görə, əbvvəlcə 11-ci, sonra isə 12-ci turun oyunları olub. 11-ci tur çərçivəsibdə ilk olaraq, yarış cədvəlinə vahid liderlik edən "Azəryol"la "İdman Akademiyası" qarşılaşıb. Maraqlıdır ki, fasiləyə bərabər hesabla (16:16) yollanan rəqibləri oyunun əsas vatını dı bərabər bitiriblər - 27:27. Lakin oyundan sonrakı penalti zərbələrini "akademiklər" daha dəqiq vurublar - 31:29. Turun ikinci qaşılaşmasında isə "Azərsu" ilə U-16 üz-üzə gəlib. Burada isə qələbəyə sevinən oyunun açıq-aşkar favoriti olan "Azərsu" sevinib - 31:18. Bu oyunun ardından 12-ci tur başlayıb. Yenə də meydana ilk olaraq "Azəryol"la "İdman Akademiyası" çıxıb. Bu dəfə isə çempionatın lideri rəqibini fərqli hesabla üstələyib - 44:26.Qələbə sayəsində xallarının sayını bir qədər də artıran "Azəryol" liderlik mövqeyini bir qədər də möhkəmləndirib. Dəigər oyunda isə "Azərsu" U-16-yla qarşılaşıb. Nə qədər təəccüblü də olsa bu dəfə U-16 qalib gəlib - 23:22. Bu yeniyetmələrin cari məvsümdə ilk qələbsi olub.
12 turdan sora “Azəryol” 28 xalla çempionatın vahid lideridir. “Qarabağ” ondan 5 xal geri qalır (23 xal). “İdman Akademiyası” 14 xalla 3-cü, “Azərsu” 9 xalla 4-cü pillədə qərarlaşıb. Mövsümdə ilk qələbəsini qazanan “U-16” 3 xalla sonuncu yerdədir.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.