Masallı Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin, Gənclər və İdman İdarəsinin, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə Təhsil sektorunun, “Masallı Gənclər evi” SXM-nin birgə təşkilatçılığı ilə “Narkomaniyaya və erkən nikaha yox deyək!” mövzusunda tədbir keçirilib.
N.Nərimanov adına Masallı şəhər 2 saylı tam orta məktəbində şagirdlərlə təşkil olunan maarifləndirici görüşü giriş sözü ilə açan məktəbin direktoru Mehriban Əzizova tədbir iştirakçılarını salamlayıb, sonra isə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Masallı RPŞ-nin rəisi, polis polkovniki Azay Ağayev “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün "Dövlət Proqramı”nın əhəmiyyətindən danışıb və narkomaniya əleyhinə aparılan işlərin hər zaman diqqət mərkəzində olduğunu, bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini nəzərə çatdırıb. O, qeyd edib ki, Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşları bu istiqamətdə ciddi əməliyyat-istintaq tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər də keçirirlər. Əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyətə malikdir. Bu səbəbdən məktəblərdə, təlim-tərbiyə müəssisələrində, ayrı-ayrı kollektivlərdə izahat və maarifləndirmə işləri müntəzəm aparılmalı, hər bir şagird təhsilə və idmana diqqətlə yanaşmalı, vətənpərvər olmalı, valideynlərinin və dövlətimizin onlara bəslədiyi etimadı doğrultmağa çalışmalıdır.
Masallı RİH başçısının müavini Aybəniz Qafarova, Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Lənkəran-Astara regional Təhsil İdarəsinin Masallı rayonu üzrə Təhsil sektorunun müdiri Qoşqar Hətəmov və digərləri erkən nikaha daxilolma kimi neqativ halların ağır nəticələrindən danışıblar. Çıxışlarda erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğu bir daha diqqətə çatdırılıb.
Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlar üzrə baş inspektoru, polis kapitanı Samid Əliyev narkotik vasitələrin səbəb olduğu fəsadlar haqqında məlumat verib.
Mövzu ilə bağlı videoçarx nümayiş olunub.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.