2023-ci il fevralın 8-də Azərbaycan İstiqlal Muzeyində “Vətən:Şəhid əmanəti” adlı tədbir-sərgi keçirilib.
44 günlük Vətən Müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi məqsədilə keçirilən tədbirdə, 2021-ci ildən etibarən davam edən “Qəhrəmanlar Can Verir Yurdu Yaşatmaq üçün” layihəsi əsasında sərgi təşkil olundu.
Sərgidə tarix yazan qəhrəmanlarımızın (şəhid mayor Natiq İsmayılov, baş leytenant Sahil Məmmədov, Mahmud Məlikov, baş gizir Yasən Əhmədov, baş çavuş Vüsal Allahyarov, kiçik çavuş Elşən Müslümov və əsgər Elvin Babayev) muzey fondlarında qorunub saxlanılan müxtəlif şəxsi əşyaları nümayiş olunub.
Tədbirdə şəhid ailələri, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, “ASAN Könüllüləri” təşkilatı, “İrəli” İctimai Birliyi və digər qonaqlar da iştirak ediblər.
Sərgi fevralın 20-ə qədər davam edəcək.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.