Fevralın 6-da sübh tezdən qardaş Türkiyədə baş vermiş güclü zəlzələ böyük dağıntılar və insan tələfatına səbəb oldu. Bu, Azərbaycan xalqının, dövlətinin dərin hüzn və kədərinə çevrildi.
Prezident İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlərə başlanıldı. Turkiyə Respublikasına xilasedicilər, müxtəlif əşyalar və ləvazimatlar göndərildi.
Birinci vitse-prezidentimiz, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə Fond tərəfindən qardaş Türkiyə vətəndaşlarına dəstək aksiyası davam etdirildi.
Azərbaycanda, paytaxt Bakı ilə yanaşı bütün regionlarda yardım kompaniyalarına start verildi. Xalqımız növbəti birliyini nümayiş etdirdi.
Masallılar da iki dövlət bir millət prinsipi ilə türkiyəli soydaşlarımız üçün edilən yardım kompaniyasına qoşulub. Sahibkarlar, ziyalılar, ağsaqqallar, gənclər və bütün zümrələrdən olan sakinlər Türkiyə Respublikasında baş vermiş zəlzələdən əziyyət çəkən qardaş-bacılarına Masallı şəhərində və Ərkivan qəsəbəsində yaradılan məntəqələrə gətirilən yardımları cəmləşdirərək toplamağa başlayıblar.
Fevralın 8-də müxtəlif ərzaq, isti geyim, kanservləşdirilmiş qidalar, uşaq bezləri, yataq dəstləri və digər lazım olan ləvazimatlarla dolu 5 yük maşını Bakı şəhərinə, ordan da Türkiyə Respublikasına göndərilməsi üçün yola salınıb.
Fevralın 9-da daha 2 iri tutumlu yük maşınının yola salınması nəzərdə tutulub.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.