N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov və ŞAR-ın fəlsəfə doktoru üzrə qiyabi doktorantı Rəcəb İsmayıllının (Leuven Universiteti, Belçika) həmmüəllifi olduğu məqalə yüksək impakt faktorlu (IF 5.287) beynəlxalq elmi jurnalda - Londonda "Monthly Notices of the Royal Astronomical Society"nin (Kral Astronomiya Cəmiyyətinin aylıq Xəbərlər jurnalı) 2023-cü il (Volume 520, Issue 1, March 2023) buraxılışında dərc edilib.
https://doi.org/10.1093/mnras/stad161
“Magnetohydrodynamic Kelvin–Helmholtz instabilities of supersonic shear layers with finite interface thickness and heat flux in anisotropic space plasmas” başlıqlı məqalədə anizotrop kosmik plazma axınlarında irimiqyaslı burulğanların əmələgəlmə mexanizmləri, bu prosesə maqnit sahəsi boyunca yönəlmiş istilik selinin təsiri nəzəri olaraq araşdırılır. Alınmış yeni nəticələr Günəş küləyinin Yerin maqnitosferi ilə qarşılıqlı təsiri zamanı yaranan maqnit qasırğalarının modelləşdirilməsində istifadə oluna bilər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.