Bolqarıstanın Plovdiv şəhərində qılıncoynatmanın sablya növü üzrə gənclər arasında Dünya Kubokunun mərhələ yarışı keçirilib. Turnirdə Azərbaycandan olan gənc müşketyorlar da çıxış ediblə. Azərbaycan Qılıncoynatma Federasiyasından verilən məlumata görə. sözügedın turnirdə ölkəmizi Murad Əkbərov (4 qələbə), Maqsud Hüseynli (4 qələbə), Ayxan Xasıyev (3 qələbə) və Saleh Məmmədovdan (2 qələbə) ibarət dördlük təmsil edib. Təmsilçilərimizdən pley-offda 64-lüyə yüksəlməyi yalnız Murad Əkbərov və Maqsud Hüseynli cütlüyü bacarıb.Murad bu mərhələdə rumın, Maqsud isə italyan rəqibinə məğlub olub. Ayxan və Saleh isə 128-likdə mübarizəni erkən dayandırıb.
Müşketyorlarımız komanda yarışında da fərqlənə bilməyiblər. Ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə İspaniyaya 41:45 hesabı ilə uduzan sablyaçılarımız, 9-16-cı yerlər uğrunda apardıqları mübarizədə isə Almaniya yığmasına məğlub olub - 33:45.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.