Cənubi Qafqazda, o cümlədən Borçalıda türklərin qaçaqçılıq hərəkatı çarizmə qarşı müqavimətin və aşağı təbəqələrin narazılığının təzahürü idi. Qazax-Borçalı və Ahıska bölgəsinin mədəniyyətinin və hərb tarixinin dəyərli tədqiqatçısı Valeh Hacılar türk qaçaqçılığının milli azadlıq amalı və sosial amillərlə bağlılığını belə ifadə edir: “Borçalı-Qazax mahallarında sinfi qarşıdurmanın və çarizmə qarşı azadlıq uğrunda mübarizənin ilk və ən geniş yayılmış forması qaçaq hərəkatı idi” (Valeh Hacılar. XIX yüzillikdə Borçalıda qaçaqçılıq hərəkatı. Tbilisi, 2003, s.6).
Qaçaqçılıq hərəkatı bolşeviklərin dövründə də mövcud olub və 1940-cı illərə qədər davam edib. Bolşeviklər qaçaq hərəkatını öz sinfi ideologiyalarına uyğunlaşdırmaq istəsələr də, bu cəhd baş tutmur. Qafqazda qaçaqçılıq, Orta Asiyada basmaçılıq, Şimali Qafqazda abreklik bolşevizmlə toqquşur. Bu proses Borçalıda da izlənir. 1918-ci ildə hərbi eşelonla Ermənistandan qayıdan erməni-bolşevik qoşunu Sarvan dəmiryolu stansiyasında (başqa adla “Sandar” stansiyası) dayanır, yerli əhali ilə konflikt yaranır və atışma başlayır. Bu xəbəri eşidən Sarvandan Bayramlı Hacıxəlil ağa öz dəstəsi ilə yetişərək, bolşeviklərin hərbi eşelonunu ərazini tərk etməyə məcbur edir.
Cənubi Qafqaz türklərinin yalnız əsilzadələri, yəni ağalar və bəylər deyil, sadə insanları da zülmə boyun əyməmiş və mübarizəyə qalxmış, öz sərkərdəlik istedadı, cəsarəti və ədaləti ilə xalq arasında ad çıxarmışlar. Borçalının məşhur qaçağı Cöyrü oğlu Qara çar üsul-idarəsi, yerli soyğunçular və istismarçı ermənilərlə mübarizə aparıb, zalım mülkədarları və ədalətsiz məmurları cəzalandırıb, yoxsulların, zəhmət adamlarını haqqını qoruyub. Adil bəylər, o cümlədən Halay Bəy, İsmayıl ağa, Qasımlı Aslan ağa Cöyrü oğlu Qara ilə isti münasibətdə olub. Sonradan çar idarəçiliyi ilə düz gəlməyən, yerli müftəxorlar və zalımlarla toqquşan Halay Bəy Mursaqulav və Aslan Ağa dağlara çəkilib, qaçaq düşdükdə Cöyrü oğlu Qara ilə silahdaşlıq ediblər.
Borçalının Qaçaq Nəbisi sayılan, maarifpərvər şəxs, N.Nərimanova Qızılhacılıda məktəb fəaliyyətində yardım edən, başqalarını təşviq üçün öz bacısını bu məktəbə yazdıran Cöyrü oğlu Qaranın həyat yolu və əhvalatları bir dastan mövzusudur. Cöyrü oğlu Qara erməni terroruna qarşı fəal mübarizə aparıb: 1918-ci ildə qatil Andronikin başçılığı ilə ermənilər böyük dəstə ilə Qızılhacılıya hüçum edərkən, Cöyrü oğlu Qara onların qarşısını kəsib darmadağın edib; Andronikin 800 nəfərlik qoşunu və ətraf erməni kəndlərinin namərd sakinləri Çörük-Qəmərliyə hücum edəndə Cöyrü oğlu Qara Qızılhacılıdan İsrafil Ağaya köməyə yetişib, ağ atlı və ağ çərkəzi paltarlı Qaçaq Qaranı görən ermənilər vahimə içində qaçışıb. Cöyrü oğlu Qaranın dəstəsi Axılkələk, Boqdanovka tərəflərdə türklərə divan tutan ermənilərin daşnak-quldur dəstələrini də Yel dağındakı döyüşdə böyük itkilərə məruz qoyub. Cöyrü oğlu Qara xalq arasında məşhur olub və sevilib, haqqında rəvayətlər, nəğmələr qoşulub. Sovet dönəmində bunlar unutdurulsa da, bəziləri xalqın yaddaşında qalıb.
Bu rəvayətlərdən birində deyildiyinə görə, Tiflisdə, Meydanda kələkbazların felinə düşən, pulu əlindən çıxan və çətin vəziyyətdə qalan Faxralı şair Nəbi bu dar məqamda bədahətən qaçaq Qaranı anır:
Hardan alım Cöyrü oğlu Qaranı,
Çəkə xəncərini, kəsə aranı.
Təsadüfən Şeytanbazarda olan Qara yetişərək məsələni çözür... Sovet dönəmində ermənilərin fitnə-fəsadı ilə Cöyrü oğlu Qara təqib olunur, 1928-ci ildə həbs edilir, 1933-də öldürülür, ailəsi Qazaxıstana sürgün edilir. Кара Оруджов Cöyrü oğlu Qaranın Türkiyəyə köçdüyünü və orada vəfat etdiyini söyləyir (şərhə bax). Cöyrü oğlu Qaranın dəstəsinə babam Məhəmmədin bacısı oğlu Sarvanlı Kəjdər Şıxlı Məhəmməd oğlu da üzv olub...
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.