Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə altıncı qrant müsabiqəsi”ndə qalib olmuş Masallı rayonunun Şatıroba kənd N.Əkbərov adına tam orta məktəbinin icra etdiyi “Məktəblilər üçün sosial sahibkarlıq dərnəkləri” layihəsi çərçivəsində rayonun 12 məktəbindən seçilmiş 15 nəfər yuxarı sinif şagirdi üçün Masallı rayonunda fevralın 11-də ekskursiya təşkil edilib.
İlkin olaraq Masallı “ASAN həyat” kompleksində yerləşən Ailə Biznesinə Asan Dəstək (ABAD) layihəsi ilə tanış olan məktəblilər, Masallı ABAD Mərkəzinin direktoru Ümid Quliyevdən ABAD-ın xidmətləri və dəstəkləri haqqında ətraflı məlumat əldə ediblər. O, şagirdlərə ABAD-ın məhsulları və yeddi il ərzində görülmüş işlərin nəticəsindən bəhs edib.
Hazırlanan məhsullarla, əl işləri ilə tanışlıq məktəblilərdə böyük maraq doğurub.
Sonra Masallı rayonunda yenicə fəaliyyətə başlayan Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzində olan məktəblilər buradakı xalçatoxuma, dərzilik və s. sahələrlə yaxından tanış olublar. Mərkəzin rəhbəri Tünzalə Abuzərova şagirdlərə sosial sahibkarlığın necə qurulması və xalçaçılıq ənənələrinin davam etdirilməsilə bağlı məlumat verib.
Daha sonra Masallı Sənaye Məhəlləsində olan ekskursiyaçılar burada yaradılmış şəraitlə tanış olublar. Müəssisənin məsul şəxsi Yaşar Məcidov şagirdlərə Sənaye Məhəlləsi haqqında məlumat verib, onları buradakı sahibkarlıq subyektləri ilə tanış edib. Məktəblilər mebel istehsalı, tikinti materiallarının hazırlanması və s. prosesləri əyani olaraq izləyiblər.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.