Qadın taekvondoçulardan ibarət Azərbaycan milli komandası növbəti hazırlıq prosesini ölkə xaricində davam etdirəcək. Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, yığmamız baş məşqçi Sun Mi Park və böyük məşqçi Hyeyounq Çoinin rəhbərliyi altında Cənubi Koreyaya yollanıb. Dayanq ustalarımızın təlim-məşq toplanışı (TMT) məhz bu ölkədə davam edəcək.
Qeyd edək ki, bu TMT qarşıdakı mötəbər yarışlara, o cümlədən Bakıda təşkil olunacaq dünya çempionatına hazırlıq xarakteri daşıyır. TMT-ya 7 taekvondoçu qatılıb. Məşqçilər korpusu bu yeddiliyə Sona Ağayeva, Məryəm Məmmədova, Minayə Əkbərova, Zemfira Həsənzadə, Patimat Abakarova, Səmərrux Osmanova və Fatimə Məcidovanı cəlb edib.
Bu gün Cənubi Koreyaya yollanan komandamız Vətənə fevralın 28-də dönəcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.