Turun digər matçına hakimlərin etirazı mane olub
Bu gün kişi voleybolçular arasında keçirilən Azərbaycan çempionatının Yüksək Liqasında III dövrəyə 7-ci turla start verilib. Bakı Voleybol Mərkəzində baş tutan çempionatın VII turunda iki oyun keçirilməli idi. Təəssüflər olsun ki, nəzərdə tutulan oyunlardan biri baş tutmayıb. Söhbət "Xarı-bülbül" - "MOİK" matçından gedir. Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, bəlli görüşün baş tutmamasının səbəbi hakimlərin etirazı olub. Lakib bu etirazın səbəbi açıqlanmayıb. Belə də, 7-ci tur çərçivəsində yalnız “Murov” - “Neftçi” matçı keçirilib. Bu oyunda qələbəyə sevinən çempionata vahid liderlik edən “Murov” olub. Lider rəqibini quru hesabla məğlub edib - 3:0 (25:20, 25:19, 25:22). Bu qələbədən sonra xallarının sayını 17-yə çatdıran "Murov" ən yaxın təqibçisini 8 xal geridə qoymaqla liderlik mövqeyini daha da məhkəmləndirib.
Тurnir cədvəli: “Murov” 17 (set fərqi 18-4) xalla turnir cədvəlində liderliyini davam etdirir. 9 (10-7) xalla “Xarı bülbül” ikinci, onunla eyni xal (11-13) ehtiyatına malik olan “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 (3-18) xalla sonuncudur.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.