Yüksək dərəcədə hipertrofiyaya uğramış çeynəmə əzələsi bir sıra problemlərə səbəb ola bilər ki, bu da öz növbəsində istənilmədən gecələr dişləri qıcamağa (bruksizm), həmçinin dişlərin boşalması, minada çatlar, tinnitus, hətta miqren kimi bir sıra başqa problemlərə səbəb olur.
Bu sözləri plastik cərrah, kosmetoloq Nadejda Petraş Ura.ru-ya müshaibəsində bildirib. Mütəxəssis hesab edidr ki, botoks bruksizmin öhdəsindən gəlməyə kömək edir:
“Botulinum toksini ilə tək korreksiya ilə sağalmaq olar, lakin təəssüf ki, həmişə belə olmur. Bəzən daha yaxşı nəticə əldə etmək üçün diş həkimi konsultasiyası lazımdır, hətta xəstənin vəziyyətindən asılı olaraq əlavə olaraq ortodont müalicəsi də təyin oluna bilər.
Yüksək dərəcədə hipertrofiyaya uğramış çeynəmə əzələsi bir sıra görmə problemləri də yaradır. Nəticədə üz geniş görünür və kvadrat formasını alır. Belə xüsusiyyətlər qadını zərif göstərmir, əksinə çox kobud forma alır. Vizual qüsurları düzəltmək üçün botulinum toksin inyeksiyalarından istifadə olunur ki, bu da üzün ovalını daha yumşaq və incə etməyə kömək edir.
Botulinum toksin terapiyasının tətbiqi anesteziya altında həyata keçirilir. Dərman həkim tərəfindən əvvəlcədən təyin edilmiş işarələrə uyğun olaraq çeynəmə əzələlərinə yeridilir.
Qan xəstəlikləri, dekompensasiya mərhələsində şəkərli diabet, hamiləlik və laktasiya, onkologiya, həmçinin HİV xəstəlikləri prosedura əks göstərişdir, botulinum toksininə qarşı dözümsüzlük isə əhalinin 1% -ində rast gəlinir", - plastik cərrah vurğulayıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.