Fevralın 6-da qardaş Türkiyədə baş vermiş və böyük dağıntılara, on minlərlə insan itkisinə səbəb olmuş güclü zəlzələdən zərərçəkənlərə yardım məqsədilə Türkiyənin Azərbaycandakı Səfirliyinin humanitar yardım çağırışına dəstək olaraq zəlzələ bölgəsinə humanitar yardım kampaniyasına Ağcabədi rayonu da qoşulub.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi və Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən yardım kampaniyasına idarə, müəssisə və təşkilatların nümayəndələri və ictimaiyyət qoşulub. Əsasən isti geyimlər, dərman preparatları, yorğan-döşək, ərzaq və digər məhsullar toplanıb.
Təşkilatçıların məlumatına əsasən vətəndaşlar tərəfindən ianə olunan bütün isti geyimlər və lazımi əşyalar GTM Qarabağ ofisində könüllülər, qazilər, idmançılar tərəfindən çeşidlənərək qutulaşdırılıb və iritutumlu maşınlara yüklənərək Yap Ağcabədi Rayon Təşkilatı tərəfindən qardaş ölkəyə yollanmaq üçün Bakıdakı məntəqəyə təhvil verilib.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub, on minlərlə insan həyatını itirib. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edilib. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.