Masallı rayonunda Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri Səfəralı Məmmədovun (14.10.1963-16.02.1992) anım tədbiri keçirilib.
Sərçuvar kənd S. Məmmədov adına tam orta məktəbində, Milli Qəhrəmanin abidəsi önündə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə məktəbin müəllim və şagird kollektivi, kənd sakinləri ilə yanaşı S.Məmmədovun döyüş yodaşları, şəhid ailələri, qazilər, polis işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Anım tədbirində qəhrəman polisin həyatı və döyüş yolu barədə danışılıb, şagirdlərin ifasında əbədi-bədii kompozisiya nümayiş etdirilib.
Sonra Milli Qəhrəmanın ev muzeyi və məzarı ziyarət olunub.
Məlumat üçün bildirək ki, Səfəralı Qurban oğlu Məmmədov 1963-cü ilin oktyabr ayının 16-da Masallı rayonunun Sərçuvar kəndində dünyaya göz açıb. 1981-ci ildə doğma kənddə orta məktəbi bitirib.
1981-ci il S.Məmmədov hərbi xidmətə çağırılı. S.Məmmədov iki il Minsk şəhərində qulluq etdikdən sonra 1983-cü ildə ordudan tərxis olunur və Krasnodar şəhərinə gedir. Burada həmyerlilərinin köməyi ilə Daxili İşlər Orqanlarında işə düzəlir. O, müəssisədənkənar mühafizə şöbəsində milis nəfəri kimi fəaliyyətə başlayır və az müddətdə xüsusi bacarığı ilə ad-san qazanır. Təsadüfi deyil ki, o, xidmətinin ilk ilində iki dəfə mükafatlandırılır.
1988-ci ildə S.Məmmədovun səmərəli xidmətini nəzərə alaraq onu Bakı Xüsusi Orta Milis Məktəbinin (indiki Polis Akademiyası) qiyabi şöbəsində təhsil alamağa göndərirlər.
1990-cı ildə həmin məktəbi müvəffəqiyyətlə bitirərərk leytenant rütbəsi alır. Bundan sonra xidmətini davam etdirmək üçün Vətənə qayıdır.
S.Məmmədova Bakı aeroportunda işləməyi təklif edirlər. O, inadla Qarabağın ən qaynar nöqtələrinə göndərilməsini təkid edir. Ağdam RDİŞ-də post-patrul xidmətində vzvod komandiri təyin edilən S.Məmmədov ilk gündən döyüş meydanına atılır. Səfəralının əməliyyatları uğurla keçirdi. Sarışın olması, rus dilini səlis bilməsi onun təkbaşına ermənilərin arasına getməsinə şərait yaradırdı.
S.Məmmədov Fərruxda, Ağbulaq fermasında, Qarakənd kəndində neçə-neçə ermənini girov götürmüşdü.
1992-ci ilin fevral ayının 16-da azğınlaşmış ermənilər Xocavənd rayonunun Qaradağlı kəndində görünməmiş vəhşiliklər törədəndə Səfəralının başçılıq etdiyi dəstə hücuma keçib düşmənə sarsıdıcı zərbələr endirərək çoxlu erməni yaraqlısı və hərbi texnikasını məhv etdi. Bu döyüşdə Səfəralı da qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci tarixli 831 saylı Fərmanı ilə Məmmədov Səfəralı Qurban oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Subay idi.
S.Məmmədov Masallı rayonunun Sərçuvar kəndində dəfn edilib.
Masallı şəhərindəki küçələrdən biri və təhsil aldığı Sərçuvar kənd orta məktəbi qəhrəmanın adını daşıyır.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.