Fevralın 20-də Bolqarıstanın paytaxtı Sofiyada kişi və qadın boksçular arasında “Strandja” beynəlxalq turnirinə start veriləcək. Azərbaycan Boks Federasiyasından veilən məlumata görə, fevralın 26-dək davam edəcək bu A kateqoriyalı ənənəvi yarışda azərbaycanlı rinq ustaları da qüvvələrini sınayacaqlar.
Kişi boksçuların yarışında ölkəmiz məşqçi Etibar Abdullayevin rəhbərliyi altında iki boksçu ilə təmsil olunacaq. Bu cütlükdə Malik Həsənov (63,5) və Məhəmməd Abdullayev (+92 kq) yer alıb.
Qadınların yarışında isə baş məşqçi Yadigar Məmmədov və məşqçi İlkin Ağayevin rəhbərliyi altında 6 boksçumuz özünü sınayacaq. Bu altılığa isə Günel Rəhimova (48 kq), Anaxanım İsmayılova (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) cəlb edilib. Daha bir təmsilçimiz Emil Qurbanəliyevsə turnirin hakimləri sırasında üdaləti qorumağa çalışacaq. Bu gün Sofiyaya yollanan komandamız fevralın 27-də Bakıya qayıdacaq.
Qeyd edək ki, sayca 74-cü dəfə təşkil olunacaq yarışda Azərbaycan da daxil olmaqla. 42 ölkədən 470-dən çox boksçunun iştirakı gözlənilir.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.