Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Ağcabədili gənc Fatimə Fərzəliyevanın “Vətən bağı al-əlvandır” Yaradıcılıq Festivalı adlı fərdi layihəsinə start verilib.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, layihənin məqsədi gənclərin yaradıcı ideyalarının dəstəklənməsi üçün onların "Yaradıcılıq və İnkişaf Mərkəz"-lərinə cəlb edilməsi, oz fəaliyyət klublarının yaradılması və bu sahədə onların inkişafına kömək etməkdir.
Layihə çərçivəsində ilk olaraq Ağcabədi Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Uzeyir Hacıbəylı adına Uşaq İncəsənət Məktəbində layihənin rəqs üzrə seçim mərhələsi keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Fatimə Fərzəliyeva layihə haqqında ətraflı məlumat verərək bildirmişdir ki, layihə çərçivəsində rəqs, rəsm və ifaçılıq üzrə 3 seçim mərhələsi keçiriləcək və 1,2,3-cü yerlər üzrə seçilən qaliblər layihənin yekunu olaraq keçiriləcək "Vətən bağı al-əlvandır" adlı Yaradıcılıq Festivalında mükafatlandırılacaq.
Seçim mərhələsi zamanı münsiflər heyəti tərəfindən Üzeyir Hacıbəyli adına Uşaq İncəsənət Məktəbinin “Qarabağ” rəqs qrupunun tələbəsi Səkinə Əliyeva "Küçələrə su səpmişəm" rəqsi ilə 1-ci yerin qalibi, Heydər Əliyev Mərkəzinin rəqs dərnəyinin "Lalələr” rəqs qrupu "Nazlı gülüm" rəqsi ilə 2-ci yerin qalibi,
Hacıbədəlli kənd uşaq musiqi məktəbinin “Bayatı-folklor” qrupu “Yallı” rəqsi ilə 3-cü yerin qalibi seçilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.