AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə və Beynəlxalq Ana dili Gününə həsr olunmuş “Azərbaycan dilinin İKT problemləri, İKT-nin Azərbaycan dili problemləri” adlı respublika elmi-praktiki konfransı öz işinə başlayıb.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, eləcə də İnformasiya Texnologiyaları İnstitutu və İdarəetmə Sistemləri İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə AMEA-nın müvafiq elmi müəssisələri və bir sıra dövlət qurumlarından olan nümayəndələr, dilçi alimlər, yazıçılar, KİV nümayəndələri və digər aidiyyəti şəxslər iştirak edib.
Açılış mərasimində AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli, ADA Universitetinin Data Analitika Araşdırmaları Mərkəzinin direktoru, texnika üzrə fəlsəfə doktoru Abzətdin Adamov, AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək tədbirin önəmindən danışıblar, bu əlamətdar günün keçirilməsinin xalqların dil və mədəniyyətinin qorunması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar, konfransın işinə uğurlar arzulayıblar.
Tədbirdə, həmçinin 298 saylı məktəbin şagirdləri tərəfindən ədəbi-bədii proqram nümayiş etdirilib.
Sonra konfrans öz işini seksiya iclasları ilə davam etdirib. İclaslarda “Azərbaycan dilində xülasələşdirmə problemləri və onların həlli yolları”, “İnformasiya cəmiyyəti şəraitində Azərbaycan dilində gedən transformasiyalar”, “Azərbaycan dilindəki mətnlərin oxunabilirlik səviyyəsinin qiymətləndirilməsi metodları”, “Milli e-dövlət platformasında linqvistik demoqrafiyanın formalaşması məsələləri” və digər mövzularda müzakirələr aparılıb.
Qeyd edək ki, tədbirin 2-ci günündə Azərbaycan dilinin milli korpusunun linqvistik tədqiqatlarda rolu, Azərbaycan dilinin tədrisi və qiymətləndirilməsi, milli terminoloji informasiya sisteminin formalaşmasının arxitektur-texnoloji prinsipləri, linqvistik verilənlər bazasının quruluş xüsusiyyətləri, Azərbaycan dilində nitq texnologiyalarının tətbiqi və digər aktual mövzulara dair məruzələr təqdim olunacaq.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.