Müasir Rusiyanın tarixində Aya ilk missiyanın buraxılışı iyulun ortalarına planlaşdırılıb.
“Roskosmos”un (Rusiya Federal Kosmik Agentliyi) mətbuat xidməti xəbər yayıb.
“2023-cü ildə astronomik “pəncərə”ni nəzərə alaraq, “Luna-25” kosmik gəmisinin buraxılışı 13 iyul 2023-cü il tarixinə planlaşdırılır”, - deyə məlumatda vurğulanıb.
“Roskosmos”un baş direktoru Yuri Borisov 2022-ci ilin sentyabr ayında “Luna-25” missiyasının növbəti ilə təxirə salındığını deyib. Missiyanın əsas problemi kimi, doppler sürətinin və diapazonun xüsusiyyətlərinin texniki şərtlərin tələblərinə uyğunsuzluğu göstərilib. Dekabrda dövlət korporasiyasından bildirilib ki, qurğu yoxlamadan keçib və kosmik gəmiyə quraşdırılıb.
“Luna-25” Yer kürəsinin təbii peykində Rusiyaya məxsus ilk aparat olacaq. Layihədə hədəf - Ayın cənub qütbünün ərazisində tədqiqatlar üçün avtomatik zond göndərilməsidir. Eniş üçün Boquslavski kraterlərinin yanı seçilib.
Qeyd edək ki, Aya kosmik aparat sonuncu dəfə SSRİ dövründə,1976-cı ildə buraxılıb. Aparatın adı “Luna-24” olub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.