Gənclər və İdman Nazirliyi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə birlikdə növbəti media treninqi təşkil edib. Dörd gün davam edən təlimdə 26 idman qurumundan 29 mətbuat xidməti əməkdaşı və 19 media qurumundan 21 jurnalist iştirak edib. Beynəlxalq media eksperti Martin Mazurun iştirakı ilə keçən təlimin ilk iki günü idman jurnalistikası, sonrakı iki günü isə mətbuat xidməti işinin təşkili mövzularında olub.
Fevralın 23-də treninqə yekun vurulub. İştirakçılara sertifikatların verilməsi mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov bu cür təlimlərin ölkə idman mediasının inkşafı baxımından əhəmiyyətli olduğunu bildirib və treninq iştirakçılarına uğurlar arzulayıb.
Qeyd edək ki, bu Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən 3-cü beynəlxalq təlimdir.
Sonda iştirakçılara sertifikatları nazir Fərid Qayıbov və təlimçi Martin Mazur təqdim ediblər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.