Müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırım isə heç sağalmayan yarasıdır. Bu cür işğalçı qəsbkarlıq qan-xata, ölüm-itim, fəlakət, dağıntı və dəhşətli faciələri ilə yadda qalır. Ona görə də yaraları dərin və sağalmaz iz buraxır. Soydaşlarımızın başına gətirilmiş Xocalı qətliamı kimi… 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndindəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət zamanı alayın çoxsaylı ağır texnikası şəhərə yeridilmiş, cinayətkarlar vahimə içərisində şəhəri tərk etmək məcburiyyətində qalan dinc insanları amansızcasına qətlə yetirmiş, şəhər yerlə yeksan edilmiş, yaşayış evləri və sosial infrastruktur tamamilə dağıdılmış və yandırılmışdır. Xocalı soyqırımı zamanı 613 nəfər insanın, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulmuş, yüzlərlə dinc sakin ağır yaralanmış, 1275 nəfər girov götürülmüşdür. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edilmiş, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilmiş, əsir və girov götürülənlərə amansız işgəncələr verilmişdir. Bu zaman soydaşlarımızın təməl hüququ olan yaşamaq hüququ kütləvi şəkildə pozulmuşdur. Erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən, bəşər tarixinə böyük qanlı faciə kimi daxil olan Xocalı soyqırımından 31 il ötür. Biz bu cinayəti,bu dəhşəti unutmadıq, unutdurmarıq ! Bu münasibətlə Respublikamızın hər yerində olduğu kimi Ağcabədi rayonunda da faciə qurbanlarının xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilir.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, fevralın 26-da Ağcabədi Qəhrəmanlar Parkında soyqırım qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq ümumrayon tədbiri keçirilib. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, müharibə iştirakçıları, qazilər, Xocalı sakinləri, media nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirə lövhəsini, həmçinin ı Qarabağ və Vətən müharibəsi şəhidlərinin məzarını ziyarət edib, önünə tər çiçəklər düzərək xatirələrini ehtiramla anıblar. 09:00-dan başlanan ziyarət gün ərzində də rayon sakinləri tərəfindən davam etdirilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.