Aynur Rzayeva gümüş, Məhəmməd Abdullayevsə bürünc medal qazanıb
Fevralın 20-də Bolqarıstanın paytaxtı Sofiyada startı verilən və Azərbaycan boksçularının da iştirak etdiyi ənənəvi "Strandja" beynəlxalq turnirə fevralın 26-da baş tutan həlledici final döyüşləri ilə yekun vurulub.Azərbaycan da daxil olmaqla planetin 40-dək ölkəsini təmsil edən 398 (256 kişi, 142 qadın) boksçunun mübarizə apardığı bu turnirdə ölkəmiz 2-si kişi, 5-i qadın olmaqla 7 idmançı ilə təmsil olunub.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə heyəti 7 boksçudan ibarət olan yığmamız turnirdə biri gümüş, digəri bürünc əyarlı olmaqla 2 medal qazanıb. Gümüş medal yalnız həlledici finalda polşalı Aqata Kajmarskayaya uduzan Aynur Rzayevanın (+81 kq), bürünc isə +92 kq-da döyüşən Məhəmməd Abdullayevin aktivinə yazılıb.
Yeri gəlmişkən, bu gün Rumıniyada yeniyetmə və gənc boksçular arasında keçirilən və Azərbaycan boksçularının da qatıldığı "Drakula Open" turniri də başa çatacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.