Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Ağcabədili gənc Fatimə Fərzəliyevanın “Vətən bağı al-əlvandır” Yaradıcılıq Festivalı adlı fərdi layihəsinin seçim mərhələləri davam edir.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, layihənin məqsədi gənclərin yaradıcı ideyalarının dəstəklənməsi üçün onların "Yaradıcılıq və İnkişaf Mərkəz"-lərinə cəlb edilməsi, öz fəaliyyət klublarının yaradılması və bu sahədə onların inkişafına kömək etməkdir.
24 Fevral 2023-cü il tarixində Agcabədi Regional Mədəniyyət İdarəsinin təşkilatciligi ilə Heydər Əliyev Mərkəzində layihənin rəsm üzrə ikinci seçim mərhələsi kecirilmisdir.
Tədbir Xocalı soyqırımının 31- ci il dönümü ərəfəsinde keçirildiyi üçün sərgidə Xocalı faciəsini əsk etdirən rəsmlərə xüsusi yer verilmişdir.
Əvvəlcə Xocalı faciəsi qurbanlarının, eyni zamanda Azərbaycanın ərazi bütovlüyü və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Seçim mərhələsi zamanı münsiflər heyəti tərəfindən "Xudafərin körpüsü" rəsmi ilə Üzeyir Hacıbəyli adına Uşaq İncəsənət Məktəbinin rəsm dərnəyinin tələbəsi " Xədicə Abbasova 1-ci yerin qalibi, Vətən müharibəsi şəhidi Məhəmməd Məmmədovun portreti ilə Ağcabədi Dövlət Rəsm Qaleriyasının üzvü Məryəm Novruzova 2-ci yerin qalibi, 1 saylı tam orta məktəbin tələbəsi ”Şuşa qalası" rəsmi ilə 3-cü yerin qalibi seçilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.