Apardığımız tədqiqatlar nəticəsində Qərbi Azərbaycanın Bjni kəndində XVI-XVII əsrlərə aid məscid qalıqları aşkar edilmişdir. Məscidin qalıqlarından bu qənaətə gəlmək olur ki abidə 1988/90-cı illərdə erməni millətçiləri tərəfindən dağıdılıb.
Məscid düzbucaqlı planda tikilib. Binanın tavanı tağlı divarları suvaqsız olmuşdur. Xüsusi qəddarlıqla dağıdılan məscidin 2-2,5 metr hündürlüyündə yan divarlarının xarabalığı salamat qalmışdır. Məscidin giriş qapısı və üç böyük pəncərəsi olmuşdur. abidənin tikintisində qapı və pəncərələr istisna olunmaqla taxta materialdan istifadə olunmamışdır. Məscid yerli pud daşlar və əhəng məhlulu ilə tikilmişdir. Mehrabı və divar yazılarının bir qismi salamatdır. Məhz bu əlamətlər məscidin aşkar edilməsinə şərait yaratmışdır.
SSSRİ-nin süqutundan sonra Ermənistanda baş qaldıran separatizm türklərə qarşı məkrli erməni düşmənçiliyi indiki Ermənistanın bütün ərazilərində, azərbaycanlılara məxsus mədəni irs nümunələrinin ermənilər tərəfindən kütləvi şəkildə məhv edilməsinə səbəb olmuşdu. Bu baxımdan Bjni kəndinin mərkəzində yerləşən məscid dağıdılmış, həyətindən və binanın salamat qalan hissələrindən şəxsi məqsədlər üçün istifadə edilir.
Bijni kəndi indiki Ermənistanın Kotayk rayonunda Razdan çayının sahilində, dağ silsiləsinin ətəyində yerləşən kiçik bir kənddir. Kəndin adının və ərazisində mövcud olan topnimlərin araşdırılmasına ciddi ehtiyac var. Kəndin qəhrəmanlıq tarixini xatırladan, kəndin şimal-şərqində yerləşən hündür bir təpənin üstündə XI əsrə aid qədim yaşayış məntəqəsi və qalanın qalıqları indiyədək qalır. Hal-hazırda qalanın şimal və qərb divarlarının qalıqları daha yaxşı vəziyyətdədir.
Sovet dövrü yəni 1929-cu ildə aparılan arxeoloji qazıntılar nəticəsində dəmir dövrünə aid qəbirlər və çox sayda digər əvəzolunmaz materiallar aşkar edilərək Ermənistan Dövlət Tarix Muzeyində saxlanılır.
Bjni kəndi indiki Ermənistanın Kotayk rayonunda inzibati yaşayış məntəqəsidir. Razdan şəhərindən 9 km cənub-qərbdə, Razdan çayının sağ sahilində meyvə bağları arasında yerləşir. Ərazisi tarix və mədəniyyət abidələri və mineral bulaqlarla zəngindir. Bjni mineral suyu Ermənistanda ən məşhur sulardan biridir və ixrac olunur. Sovet dövrü bu kəndin mineral suyu "BJNI" brendi altında Rusiyanın Sankt-Peterburq şəhərinə ixrac olunurdu.
Faiq İsmayılov
AMEA A.Bakıxanov adına Tarix İnstitunun əməkdaşı
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.