Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli yığma komandasının 6 üzvü fevralın 28-dən etibarən Yaponiyada təşkil edilən cüdo təlim düşərgəsində iştirak edir.
ACF-dən verilən məlumata görə, idmançılar hazırlıq prosesini martın 11-nə qədər Tsukaba Universitetində, 12-dən 18-dək isə Kokuşikan Universitetində davam etdirəcək. Təlim-məşq toplanışında gənc cüdoçularımızdan Nizami İmranov, Nurlan Kərimli, Samir Piriyev, Ömər Rəcəbli, Vüqar Talıbov və Kənan Nəsibov iştirak edirlər. Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edir.
Təlim-məşq toplanışı sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və Dünya çempionatlarına uzunmüddətli hazırlığın bir mərhələsi hesab edilir.
Hazırlıq prosesinə Azərbaycan cüdoçuları ilə yanaşı İsrail və Yaponiyanın gənc oğlanlardan ibarət yığmaları da qatılıblar.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.