Azərbaycanın ən sevilən din xadimlərindən biri Hacı Şahin Həsənlinin ölüm xəbəri ölkəmizi olduqca sarsıtdı. Sayca az insan olar ki, dəfn mərasimində belə izdiham yaşana. Ölkəmiz üçün ağır bir itki oldu. Hacı Şahin Həsənli dövlətini sevən, Vətəninə çox bağlı, insani keyfiyyətləri yüksək şəxsiyyət idi. Elə insanlar var ki, həyatda heç zaman onları əvəz edən tapılmır. Onlar getdikdə yerləri boş qalaraq, yoxluğu hər zaman acı ilə hiss edilir. Düzdür, mən moizələrə, məzhəbləri elə də dinləmirəm. Amma sosial şəbəkələrdə bəzən qarşıma onun çıxışları çıxdıqda maraqla qarşılayırdım. Səsində, danışığında sanki bir sakinlik, ümid vardı. Heç bir siyasi partiyaya üzv olmayan, rus, ərəb, fars dillərini bilən bu mükəmməl insan əfsuslar olsun ki, həyata erkən vida etdi. Hər zaman gənclərə çağırış edərək onları doğru yola, təhsilə səsləyirdi. Onun da dediyi kimi "İnsanı insan edən onun idealıdır", "Dindən öncə həyatı öyrənmək lazımdır". Amma təssüf ki, həyat fani, ölüm ani...Biz həqiqətən Allaha məxsusuq və ona tərəf də qayıdacağıq.
Xeyransa İsmayıl
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.