Novella xanımı 30 ilə yaxındır tanıyıram. Çoxlarının cəsarət edib ən məhdud çevrələrdə də dilə gətirmədiyi mövzuları Novella xanım açıq platformalarda ictimailəşdirib, münasibətini bildirib. Skandallı mövzularda da açıq mövqe bildirməkdən çəkinməyib. Onun son açıqlaması da bu qəbildəndir. KİV-də müsahibəsini oxudum. Qarşı tərəfdə nə üçün qıcıq yaratdığını müəyyənləşdirmək istədim.
Müsahibədə hücuma, təhdidə əsas yaradacaq bir hal yoxdur. Öz işini görüb. Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri olaraq "Bəxtiyar Hacıyev insidentindən" zərər çəkmiş qadınların müdafiəsində durduğunu elan edib. Bu açıqlama Bəxtiyar Hacıyev insidentinə görə 2 istiqamətdə qütbləşmiş fikirlər axınının heç birinə qoşulmur. Orijinaldır. Hər kəsdə pərişanlıq, tərəddüd yaratmış bir mövzu ətrafında bu qədər aydın bir mövqe sərgilənməsi cəsarətli addımdır. Qaragüruh təmsilçiləri ümumi axından çıxıb sakitləşə bilsələr, müsahibəni soyuq başla oxuya bilsələr, bəlkə də Novella xanımın nə demək istədiyini özləri də anlaya bilərlər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.