Azərbaycanın 44 günlük müharibəsindəki qələbəsini həzm edə bilməyən ermənilər, müharibədəki məğlubiyyətlərini öz rəhbərlərinin aciz, bacarıqsız durumları ilə əlaqələndirməyə başlayıblar. Açığını deyim ki mən son iki ildə erməni vətəndaş cəmiyyətinin bu cür şok ittihamları ilə ilk dəfədir ki rastlaşıram. Beləki, dünən ermənistan vətəndaşı Roman Bağdasaryan adlı birinin Facebook səhifəsində yayılan müraciətində Ermənistanlar Qarabağ klanı arasındakı ədavətin artıq açıq müstəviyə keçdiyinin şahidi oldum. Müraciətdə səsləndirilən bəzi faktların özəlliyinin Azərbaycan oxucuları üçün maraqlı olacağını nəzərə alaraq müraciəti olduğu kimi təqdim edirəm.
“2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək 3900 gənc erməni oğlu öldürülüb. Bu cinayətin baş vermə səbəblərini, həbs olunanların izahatlarından bu qənaətə gəlirsən ki, 3900 gəncin 1900-2100-ü Köçəryanın, Vitali Balasanyanın, Oxanovskinin və Artur Ağabekyanın ətrafında olan Qarabağ komandirlərinin məlum olmayan niyyətləri ucbatından həlak olublar. Bu barədə mərhum əsgər anası Şuşanik Qaqreyan belə məlumat verib: Qarabağ klanı Ermənistanda hakimiyyəti devirmək üçün övladlarımızı qəsdən ölümə verdilər. Erməni mövqelərinə özümünkülər artleriya zərbələri endiriblər.
⦁ Erməni mövqelərinə artilleriya zərbələri endirmək əmri verən Mikael Arzumanyanın əmri ilə 850-yə yaxın erməni əsgəri qarabağ erməniləri tərəfindən öldürülüb. Arileriya zərbəsindən əvvəl Artur Vanetsyan və Seyran Ohanyan öz dəstələri ilə itki verərək Şuşadan qaçıblar.Bu, rusların xahişi ilə sülhməramlılar. Qarabağa gətirmək üçün edilib. Bu məsələ barədə Artsrun Hovhannisyan şokda idi, heç nə deyə bilmədi. Şuşada bütün erməni oğullarının ölümündə Qarabağ komandirlərinin rəhbərliyi məsuliyyət daşıyır.
⦁ Hadrudun süqutundan sonra Qarabağ komandirləri Ermənistandan 70-ə yaxın adları məlum olmayan döyüşçüləri Hadruda göndərərək orada öldürdüblər. (Bu barədə əsgərlərin valideynləri məlumat verib). Müharibə təhlükəsinə baxmayaraq, Qarabağ komandirlərinin içki aludəçiliyi nəticəsində Suqovuşanda bir neçə gün ərzində 200-dən çox erməni əsgər öldürüldü. Əsgərlərin ölümnə səbəblərdən biridə sərxoş komandirlərin koordinatları qarışdıraraq öz əsgərlərini güllələmələri olmuşdur.
⦁ Oktyabrın 25-dən 26-na keçən gecə Qarabağlılar Ermənistandan azərbaycanlıların sahib olduğu Füzuli rayonu ərazisinə xüsusi təlim görmüş 55-60 nəfərlik dəstə göndərdilər. Bu əsgərlər yolda azərbaycanlıların qurduğu pusquya düşərək öldürüldülər. 55 nəfərdən bəziləri qaçaraq xilas olmuşdu və bu barədə müharibədən sonra Nikol Paşinyanla görüşdə danışan da məhz onlar olmuşdular.
⦁ Müharibənin ilk günlərində mövqelərimizə kütləvi hücumdan sonra 15-ə yaxın yaralı erməni əsgərləri qan itkisindən həlak olub. Hakimiyyət orqanlarının qarajlarında bahalı maşınlar olsada, amma heç kim döyüş bölgəsindən digər əsgərlərin xilası üçün düşünmədilər. Əvəzində Qarabağ separatçıları ruslara zəng vurub onlardan maşın aldılar və qaraçılar kimi əsgərləri oradan çıxardılar.
⦁ Hadrud cəbhəsində əsgərləri zəncirləyirdilər ki, mövqelərini tərk edə bilməsinlər. Amma bu mövqedən zabitlər qaçdılar, azərbaycanlılar isə əsgərləri güllələdilər. Hadrut zabitləri belə xəyanət etdilər. Buna görə də bütün müharibə boyu Qarabağdan bir nəfər də olsun zabit, müqaviləli əsgər və çağrışçı əsgər əsir düşməyib. Yalnız Ermənistandan gələn əsgərlər əsir götürüldülər.
⦁ Bütün müharibə boyu Artsax Müdafiə Ordusu(Qarabağ separatçıları) bir nəfər də olsun Azərbaycan əsgərini əsir götürə bilmədi. Bir əsgəri də əsir götürə bilməyən orduya 34 il pul xərcləmək Sadəcə ayıbdır.
⦁ Qarabağdan olan 25-ə yaxın zabit dəstəsi kəndlərini müdafiə etmək əvəzinə, silah-sursat oğurlayıb Ermənistana keçirməyə cəhd göstərdilər. Onlardan bəziləri Zəngəzurda və basarkeçərdə tutuludular.
⦁ Bütün Hadrud, Şuşa və Laçın bölgəsi ermənilər tərəfindən talan edildi. Qarabağdan qaçan ermənilər və bəzi Ermənistan vətəndaşı Xnzirək, Qala dərəsi, Gorus, Basarkeçər və digər şəhər və kəndlərin erməni evlərini qarət etməyə başladılar.
⦁ Qarabağın(Qarabağ sepqrqtçıları nəzərdə tutulur) bütün qalmaqallı komandirlərinin və zabit heyəyinin sağ qalması hamıya qəribə görünmürmü? 44 günlük mübarizə və Vito, Oqanovskinin, Aqabekyanın başından bir tük belə düşmədi. Bəs Bako Saakyan, Arkadi Qukasyan harada idilər? İndi aydın oldu ki, hamı bunkerlərdə oturub və ya meşədə gizlənib, manqal kababı yeyiblər?
⦁ Müharibənin 44 günü ərzində Xankəndi bələdiyyəsi xarici diasporalardan və Ermənistandan böyük məbləğdə yardımlar aldılar. Amma bələdiyyənin nə alıb, kimə verdiyi barədə bir hesabatı yoxdur. Qarabağ mafiyası yardımların 90%-ni oğurlayıb, sonra dükanlarda öz adamlarına satırıblar. Sadəcə ayıbdır.
⦁ Xankəndi zirzəmilərində hakimiyyətdə çalışan adamların qohumları otururdu. Arayik Arutyunyan isə Ermənistan hakimiyyətini aldadaraq Şuşaya yardım edilməsini xalqdan tələb edirdi. Onun Şuşada necə dayanıb kömək istədiyini xatırlaya bilərmi? Belə bir yalana kimsə inanırmı? Ey həyasız alçaq, Arayık, öz adamlarını zirzəmidə gizlədin, başqalarını döyüşə çağırırdın.
⦁ Qarabağda çalışan Ermənistanın Təlükəsizlik əməkdaşlarının 33%-i (yəni 3400 nəfər) müharibənin ilk günlərdə qaçıblar. Müharibənin 44 günü ərzində bu xidmətin 11.000 üzü qaçıb.
⦁ Ermənistan Ordusunun 100-ə yaxın əsgəri azərbaycanlılara məxfi məlumatal ötürüblər. Onların bəziləri artıq Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən tutulub”.
Faiq İsmayılov.
AMEA A. Bakıxanov adına Tarix İnstitunun əməkdaşı
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.