Uşaq evinin rəhbəri bütün qüsurlara rəğmən insanları, uşaqları sevən rəhbərlərə etibar olunmalıdır. 3 saylı uşaq evinin direktoru Məhbubə Hüseynova ilə bu evinin sakini 17 yaşlı Hacıyev Məhəmməd Eldəniz oğlunun arasındakı ziddiyyətə gerçəkdən laqeyd qalmaq mümkün deyil! Məhəmməd gəncdir, yeniyetmədir, hətta səhv də edə bilər. Amma 70 yaşlı bir qadının açıqlamaları, ziddiyyətli fikirləri, "Bağdadda kor xəlifə" olmaq istəyi cahillikdən, harınlıqdan başqa bir şey deyil. Allahın yaratdığı bir qula öz hikkəsi ilə "dəli" damğası vurub, zorla-polis əli ilə psixi klinikaya yerləşdirməsi, "mən onu bu uşaq evinə qoymayacağam" deyə hikkəli israrı, eldən-obadan, cəmiyyətdən utanmaması, zatən valideyn-doğma sevgisindən məhrum olana qarşı bu qədər psixoloji təzyiq etməsi hansı DİREKTORA, QADINA, ANAYA yaraşır? Çox ayıb, çox günah... 70 yaşlı bir direktorun bu qədər cahil davranması və bu xəstə davranışla gündəmdə olması təəssüf doğurur. 70 yaşı varsa, heç olmasa 30 il iş təcrübəsi var. 30 illik iş təcrübəsi, 70 illik yaşamında öyrəndiyi budurmu? Yazıqlar olsun!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.