Xalqımızın sağlamlığının qorunmasının, bərpasının daim ölkə rəhbərliyinin diqqət mərkəzində olması, nəzarətdə saxlanılması hər bir vətəndaşa göstərilən qayğının nəticəsidir. Təsadüfi deyil ki, ölkəmizdə sanatoriya-kurortlar, istirahət evləri, turizm şəbəkələri ildən-ilə genişlənir, yenidən qurulur. Müasirliyi ilə seçilən istirahət və müalicə məkanlarımızdakı qərb standartlarına uyğunlaşdırılan yüksək tibbi xidmət, müalicə şəraiti, münasib qiymətlər təkcə bizim deyil, xarici ölkə vətəndaşlarını da cəlb edir. Yüksək tələblərə uyğun yenidən qurulmuş tibbi-sağlamlıq mərkəzlərində hər il minlərlə insan müalicə olunur, şəfa tapır. Son illərdə hər bir Azərbaycan vətəndaşına icbari tibbi sığorta sisteminin tətbiqi də onların bu imkandan səmərəli istifadə etməsində, dövlət hesabına pulsuz, həm də keyfiyyətlə müalicə olunmasında mühüm rol oynayır. Səhiyyə ocaqlarındakı müalicədən sonra respublikamızın müxtəlif kurort və sanatoriyalarında istirahət, bərpa müalicəsi adamların sağlamlığını daha da möhkəmlədir.
Respublikamızda ən yaxşı sağlamlıq mərkəzlərindən biri də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Mərdəkanda yerləşən “Günəşli” nevroloji sanatoriyasıdır. Bu istirahət və sağlamlıq ocağı əsasən mərkəzi sinir sistemilə bağlı xəstəliklərin müalicəsi və xəstələrin reabilitasiyası üzrə fəaliyyət göstərir. Sanatoriyanın yerləşdiyi məkan və buranın xoş, saf iqlimi də müalicə üçün mühüm əhəmiyyət kəsb edir. Diqqətəlayiqdir ki, sanatoriyanın tibbi personalının – yüksək peşəkarlıqlı həkimlərin, tibb bacıları və köməkçi-texniki işçilərin vahid komanda kimi fəaliyyəti ilə buranın füsunkar təbiəti çox gözəl vəhdət təşkil edir. Nəticə olaraq isə xəstələrin sağlamlıqları uğurla bərpa edilir. Sanatoriyada müalicə alan pasientlərin ovqatını yüksəltmək məqsədilə vaxtaşırı mədəni-kütləvi tədbirlər keçirilir, musiqili-bədii, şeir gecələri təşkil edilir. Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı keçirilən silsilə tədbirləri də dinləyicilər maraqla izləyirlər.
Sanatoryanın mühüm müalicə sahələri haqqında məlumat verən Baş həkimin müalicə üzrə müavini Fatma Quliyeva deyir:
Burada mərkəzi sinir sistemində iltihablı proseslərdən sonra əmələ gələn qalıq əlamətlər (meningit, serebralaraxnoidit, ensefalit, mielit, ensefalomielit), mərkəzi sinir sisteminin damar xəstəliklərinin fəsadları olan insult, serebral arteroskleroz, hibertenzefalopatiya, həmçinin baş beyin və onurğa beyin zədələrindən sonra əmələ gələn sonrakı əlamətlər, periferik sinir sisteminin xəstəlikləri (nevrit, polinevrit və nevropatiyalar), sinir sisteminin funksional və vegetativ sinir sisteminin xəstəlikləri müalicə olunur. Zərurət yarandıqda qastroenteroloq, uroloq, ginekoloqun xidmətindən də istifadə edilir. Sanatoriyamızda təbii yod-brom vannaları daxil olmaqla, balneoloji müalicəxana, elektro-işıq müalicəsi, mastika yaxmaları, palçıqla müalicə, masaj, müalicəvi bədən tərbiyəsi, psixoterapiya, arommaterapiya, sualtı duş-masaj, sualti dartılma (hidrotraksya) üçün müalicəvi hovuz, iqlim terapiyası imkanları vardır.
Fatma xanım bildirdi ki, son zamanlar bu müalicə ocağında həm diaqnostika, həm də müalicə məqsədilə mütərəqqi tibbi cihaz və avadanlıqlar alınmışdır. Müalicə zamanı bəzi proseslər kompüter tətbiqi ilə, yüksək dəqiqliklə aparılır. Müalicələrin səmərəliliyini yüksəltmək üçün tibbi personalın texniki, professional bilik səviyyəsinin artırılmasına xüsusi diqqət yetirlir.
Həqiqətən də burada çox təcrübəli, sözün əsl mənasında şəfa mələkləri çalışırlar. Onlardan ən fəal işçilərin adlarını çəkməyi xahiş etdikdə, Fatma xanım canki çətin sual qarşısında qalaraq bir anlığa fikrə daldı:
Düzü, kimisə xüsusi qeyd etməkdə çətinlik çəkirəm, - dedi. - Kollektivmizin hər bir üzvü öz yerində tam məsuliyyətlə, xəstələrin müalicəsinin effekti aparılmasına çalışır.
Sanatoriyada dincəlib, müalicə alan digərləri kimi biz də bugünlərdə kollektivin fəaliyyətinin şahidi olaraq buna tam əmin olduq. Həqiqətən, həkim-kardioloq Adil Ağadadaşov, həkim-nervpatoloqlar Qumru Abdullayeva, Heydər Şirəliyev, psixotrapevt Sabir Mehdiyev, tibb bacıları Şəlalə Cəfərova, Zülfiyyə Əliyeva, Valentina Tumanova, Kəmalə Kazımova, Aygün Dadaşova, Aynurə Sadıqova, Sahilə Abdulova, Pirayə Abdulova, Solmaz Əliyeva, Guldanə Rəhimova və digərləri kollektivin aparıcı qüvvələridirlər. Onlar həm peşəkarlıqları, yüksək bacarıqları, həm də insani keyfiyyətləri, mehribanlıqları ilə sanatoriya “sakinlərinin” rəğbətini qazana bilirlər. Bu, həm tibbi, həm də xidmətçi personalın sanatoriyada dincələnlərə mehriban, gülərüz münasibətinin nəticəsidir. Burada hamı xüsusi olaraq xidmətçi Züleyxa Məmmədova haqqında çox razılıqla danışır. Belə ki, bu ağbirçək xanım öz işini yüksək səviyyədə görməklə yanaşı həmişə ehtiyacı olanların köməyinə tələsir. Fiziki qüsurlu, zəif xəstələrin duş qəbul etməsinə, yuyunmasına da təmənna ummadan kömək edir.
Sanatoriyada qida məsələsi də xüsusi nəzarətdədir. Yeməkxanada verilən yeməklər həm çeşidinə, həm də keyfiyyətinə görə pasientlərin ürəyincə olur.
Biz sanatoriyada müalicə olunduğumuz müddətdə fürsətdən istifadə edib, bu şəfa ocağının xidmətindən istifadə edən bəzi pasientlərin fikrini öyrənməyə çalışdıq. Respublikanın Əməkdar müəllimi, Sumqayıt şəhər Ağsaqqallar şurası sədrinin birinci müavini, tanıınmış şairə Ofelya Babayeva “Günəşli” haqqıda təəssüratını bizimlə bölüşərək dedi:
Mən indiyədək xarici ölkələrdə də sanatoriyalarda, kurortlarda dincəlib, müalicə olunmuşam. ”Günəşli” sanatoriyasına isə birinci dəfədir ki gəlmişəm. Düzünü deyim ki, mənim üçün çox xoşdur ki, bizim bu sanatoriya xarici ölkələrdəki sanatoriyalardan heç də geri qalmır. Xəstələr üçün burada yaragılan şəraitdən, müalicə üsullarından və keyfiyyətindən çox razıyam. Buna görə tək mən yox, digərləri də sanatoriyanın rəhbərliyinə, həkimlərə, tibbi xidmət personalına minnətdarıq. Sağlıq olsun, gələn il də bura gələcəyəm.
Digər həmsöhbətimiz Azərbaycanın Əməkdar mühəndisi, dramaturq Akif Həsənoğludur. O qeyd edir ki, 9 il əvvəl insult keçirəndən sonra həkimlərin məsləhətilə “Günəşli” sanatoriyasına müalicəyə gəlib. “Elə ilk dəfədən buradakı müalicəm çox yaxşı, effektli oldu. Odur ki, sağlamlığımın bərpası üçün hər il bura gəlirəm”.
...“Günəşli” sanatoriyasından xoş təəssüratla ayrılırıq. Düşünürük, nə yaxşı ki, pespublikamızda beynəlxalq səviyyədə rəqabətə tab gətirməyi bacaran belə sanatoriyalarımız, xalqımızın sağlamlığı keşiyində dayanan şəfa mərkəzləri var.
Süleyman Hüseynov,
şair-publisist,
İbrahim Hacıyev,
Sumqayıt Poeziya Evinin direktoru.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.