Təmiz su içmək orqanizm üçün faydalıdır. Lakin çox su içməyə meyillilik orqanizm üçün təhlükəli ola bilər.
Mütəxəssis və ekspert Roman Podobedovun fikrincə, gündə çoxlu miqdarda su içmək ürəyə, böyrəklərə və ağciyərlərə zərər verə bilər.
“Hər gün su içməyin faydaları” ilə bağlı məşhur fikir çox vaxt suyun miqdarı ilə bağlı insanları çaşdırır. Çoxları əmindir ki, çoxlu su içmək lazımdır. Əslində suyu çox miqdarda içmək orqanizm üçün təhlükəli ola bilər.
Ekspertin sözlərinə görə, gündə 2,5 litr su içməyə çalışan bəzi insanlar tələb olunan maye miqdarını nəzərəçarpacaq dərəcədə aşırlar.
Orqanizmdə suyun miqdarına gəldikdə, vacib olan təkcə içdiyiniz təmiz su deyil, həm də gün ərzində bədəninizin qəbul etdiyi mayenin hamısıdır. Yəni siz digər qida və içkilərlə də maye qəbul edirsiz.
Böyük həcmdə qəbul edilən maye daxili orqanların işinə zərər verə bilər. Həmçinin həddindən artıq su qəbulu ürək, böyrəklər və ağciyərlərdə yüklənməni, stresi artırır.
Suyun həddindən artıq içilməsi nəticəsində meydana gələn digər əlamətlər:
• Baş ağrısı.
• Zəiflik.
• Ürəkbulanma hissi.
• Başgicəllənmə.
• Şişkinlik.
• Qan təzyiqinin artması (medicina.az).
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.