Rafiq Oday: "Facebook"da ən çox yol verilən SƏHVLƏR
FB dostlarımız arasında ən çox yol verilən səhvləri düzgün variantı ilə paylaşıram ki, bəlkə faydası dəydi (ardı olacaq)
Səhvdir: Məndə gedirəm. Mən də pul yoxdur.
Düzgündür: Mən də gedirəm. Məndə pul yoxdur.
Səhvdir: çün ki, çünkü
Düzgündür: çünki
Səhvdir: san ki
Düzgündür: sanki
Səhvdir: məhşur
Düzgündür: məşhur
Səhvdir: lahiyə
Düzgündür: layihə
Səhvdir: tövsiyyə
Düzgündür: tövsiyə
Səhvdir: üzvü kimya
Düzgündür: üzvi kimya
Səhvdir: qeyri adi
Düzgündür: qeyri-adi
Səhvdir: bu günki, bugünki, bu günkü,
Düzgündür: bugünkü
Səhvdir: Kitab Bilik Mənbəyidir, KİTAB BİLİK MƏNBƏYİDİR
Düzgündür: Kitab bilik mənbəyidir
Səhvdir: ab hava, abır həya, ad san, alış veriş, arvad uşaq, baş ayaq, var yox, qəpik quruş, qohum qardaş, dava dərman, dərə təpə, əl ayaq, gecə gündüz,
Düzgündür: ab-hava, abır-həya, ad-san, alış-veriş, arvad-uşaq, baş-ayaq, var-yox, qəpik-quruş, qohum-qardaş, dava-dərman, dərə-təpə, əl-ayaq, gecə-gündüz
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.