Batil inanclar və ya "Nənələrin uydurması"
Bildiyimiz kimi, hər bir xalqın özünə uyğun inancları var. İnancların həyatımızın müəyyən məqamlarında bizə uğur və yaxud pislik gətirdiyinə inanırıq. Əvvəllər olduğu kimi bu gün də bəzi xalqların əksəriyyətində qəribə inanclar var. Kimisi qapısından at nalı asmaqla "göz dəymə"nin geri qayıdacağına, həyət evlərində sarımsaq asmaqla sanki cin, şeytan, pis ruhlu qüvvələrdən uzaq olunacağına inanır. Azərbaycanda da ən geniş yayılmış batil inanclara bir çox nümunələr göstərmək olar.Hər rayonun, hər bölgənin özünəməxsus etiqadı var. Toy günü gəlinin boşqab sındırmaqla hökmlü olmasını göstərməsi, qızın qucağına oğlan uşağının verilməsi, gecə vaxtlarında zibil atmaq, həyət süpürmək ola bilməz, süfrəyə dağılan duzun üzərinə həmin an qənd qoyulmasa dava düşər, yeni evə girdikdə sağ ayaqla girilməsi, anidən stəkan qırılarsa kiminsə nəzəri var kimi çox misallar göstərmək olar. Belə ənənələr nəsildən-nəsilə ötürülərək bu gün də davam etməkdədir. Ötən günlərdə təsadüfən Space TV-də yayımlanan Banu verilişindən bir epizod izlədim. Hansısa rayonda toy idi. Adətə görə gəlin və bəy üç dəfə çöldən otağın qapısını açıb bağlamalı, daha sonra isə içəridən yenə eyni hərəkəti təkrarlamalı idi. Sadəcə olaraq maraqlıdır, qapını açıb örtməklə həyatları da o qapı kimi, görəsən, möhkəmmi olur . Bir qapıdan xoşbəxtlik ummaq kimin beyninin məhsuludur... Ən məşhur inanclarmızıdan biri səbir gətirməkdir. Ürəkdə tutulan arzunun cüt və ya tək səbrlə Nostradamus kimi öncədən bilmək və bunu da şüuraltı özlərinə yeritməklərinə nə deməli? Əgər tək asqırırsansa demək işim düz gətirməyəcək deyib əvvəldən qara bağlamaq yalnız cahil insanlar tərəfindən şişirdilmiş inanclardı. Azərbaycanda belə adətlər, inanclar kifayət qədər çoxdur. Belə mifləri qəbul etmək düzgün deyil. Texnologiya dövründə, insanların Marsda tədqiqat apardığı bir dövrdə hələ də belə mövhumatların aktual olması qəbuledilməzdir. Bəzi inanclar ortaya çıxdıqca insanların onlara inamı da artmaqda davam edir. Bu kimi hallar təbii ki absurddur və reallıqla heç bir əlaqəsi yoxdur. Tövsiyə edərdim ki, hər hansısa edilən işdə toplum reallığa üstünlük versin. Düşüncələrimizi həqiqəti əks etdirməyən fikrin əsirinə çevirməyək.İndiki və gələcək həyatımızda batil inancların deyil, həqiqi fikirlərin arxasınca gedək...
X.İsmayıl
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.