BƏYBALA MİRZƏYEV:
Bəxti gətirməyən bayram...
1 May – Beynəlxalq Əmək Bayramı müasir dünyamızın ən qocaman bayramlarından biri sayılır. Bəziləri bu bayrama Zəhmətkeşlər Bayramı da deyirlər.
Avropada yaranmasına baxmayaraq bu bayramı dünyada ən izdihamlı, təmtəraqlı şəkildə qeyd edən ölkə məhz keçmiş SSRİ idi. Lakin SSRİ-nin hüquqi varisi sayılan Rusiya isə bu bayramdan hüquqi və siyasi surətdə imtina edib. Bu da bir paradoksdur.
Paradoksdur ona ki, sovetlər dönəmində ruslar bu bayramı qeyd edərkən nə qədər ifrata varırdılarsa, bu günkü Rusiya da bu bayramdan eyni ifratçılıqla üz döndərib.
Sovet "şinel"indən çıxan, sovet pioneri, sovet komsomolçusu kimi böyüyən və hər il 1 May paradlarına böyük coşqu ilə qatılan Qorbaçov, Yeltsin və Putinin aşırı dərəcədə soyuqqanlılıqla bu bayramdan imtina etmələri ikrah hissi doğurur.
Bu da bir daha onu təsdiq edir ki, əslində ruslar heç vaxt əsl sosialist, əsl kommunist olmayıblar.
Bolşevik terrorçusu Vladimir Lenin özü kimi bir ovuc manyakla birlikdə "sosialist inqilabı" adı altında Peterburqda siyasi çevriliş edərək həm Rusiyanı, həm də qonşu ölkələri zorla "sosialistləşdirdi". Hal bu ki, nə Rusiya, nədəki digər "müttəfiq" respublikalar əsl həqiqətdə sosializmə hazır deyildilər.
Hətta sosializm nəzəriyyəsinin banisi Karl Marks da Rusiyanı sosialist inqilabı üçün ən əlverişsiz, ən hazırlıqsız ölkə sayırdı. Lakin bütün bunlara rəğmən ruslar özləri ilə bərabər bir çox başqa xalqları da sosializm bataqlığına sürüklədilər.
Günün birində də heç nə olmamış kimi ruslar sosializmdən imtina etdilər. Həmçinin 1 May bayramını da çox rahat bir şəkildə tarixin arxivinə göndərdilər.
Rus xalqı əcaib xalqdır. Bu xalq həm öz taleyi ilə, həm də ki, çevrəsindəki ölkələrin taleyi ilə eksperimentlər etməyi çox sevir. Sosializm də növbəti bir eksperiment idi. Milyonlarla insanın "qırmızı terror"a, repressiyaya məruz qalması, inqilab və müharibə meydanlarında qırılması hesabına başa gələn qorxunc bir eksperiment...
Ruslar bu gün ideologiyasız, ideallarsız bir topluma çevrilib. Əvəzində Kremlin Duqin, Solovyov, Satanovski kimi propaqandistləri indi rusların beyinlərini raşist, nasist, faşist sayıqlamalarla piyləyirlər. Bunun nəticəsidir ki, bu gün hətta sıravi ruslar da onlara qardaş sayılan başqa bir slavyan xalqına - ukraynalılara qənim kəsiliblər. Və Rusiya ordusu hətta 1 May ərəfəsində də Ukrayna şəhərlərini acımasızca bombaladı.
P.S.
Bu arada Avropa ölkələri isə 1 May bayramını yenə də ənənəvi qaydada, təmtəraqdan, pafosdan, göstərişdən uzaq bir şəkildə, sadəcə əmək bayramı kimi qeyd etməyə davam edirlər.
Almaniyada yaşayan dostumuz Şəfəq Azər xanım bu gün bir paylaşımında yazdı ki, Almaniyada hələ də zəhmətkeşlər bayramıdır bu gün.
Bəli, almanlar ənənələrə sadiqdir. Ruslar isə öz ifratçı və təfridçi davranışları ilə dünyanın bütün sivil xalqlarından fərqlənirlər. Məhz bu baxımdan, rusların ifratçılğı və təfridçiliyi ilə üzləşmiş, bugünkü rus laqeydliyindən nəsibini almış bir bayram kimi 1 Mayı həqiqətən də bəxtsiz bayram hesab etmək olar.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.