BƏYBALA MİRZƏYEV:
32 yəhudi deputatın məktubu...
Çox şükür, axır ki, Güney Azərbaycanın rolunu və gücünü düzgün dəyərləndirən aktorlar, qüvvələr meydana çıxmağa başlayır.
Knessetin (İsrail parlamentinin) 32 deputatı bu günlərdə Güney Azərbaycan məsələsinə diqqət yönəltmək üçün ölkənin Xarici İşlər Nazirliyinə (XİN) müraciət edib. Yəhudi deputatlar İsrail XİN-dən son hadisələr fonunda İrandakı müxalifət qüvvələrinə və xüsusən də molla rejiminin Güney azərbaycanlılara qarşı repressiyaları gücləndirməsinə diqqət yetirməyi tövsiyyə ediblər.
Həmin müraciətdən sitat:
“Azərbaycanlılar İranda sayı 20 milyondan çox olan ən böyük millətdir. Rejim mədəni soyqırım siyasəti yürüdür, azərbaycanlıların təhsil almaq və irsini ötürmək, Azərbaycan dilini öyrətmək və hətta uşaqlarını qeydiyyata almaq hüquqlarını məhdudlaşdırır”.
Sözügedən müraciəti imzalayan şəxslər arasında İsrailin sabiq xarici işlər naziri Aviqdor Liberman kimi təcrübəli siyasətçi və peşəkar diplomat da var. Bu isə öz növbəsində müraciətin əhəmiyyətini daha da artırır.
İsrailli parlamentarilər əmindirlər ki, beynəlxalq dəstəyin olacağı təqdirdə Güney azərbaycanlıların azadlıq hərəkatı Tehran molla rejiminə sarsıdıcı zərbə vura bilər. Bir sözlə, molla rejimini bütün Yaxın və Orta Şərq üçün real təhlükə mənbəyi hesab edən bu deputatlar İranı daxildən parçalamaq variantını təklif edirlər.
Knessetin 32 üzvü hadisələri qabaqlayaraq hətta Güney Azərbaycanın müstəqil dövlət olacağını və Azərbaycan Respublikası ilə birlikdə regionda İsrailin ən yaxın müttəfiqlərindən birinə çevriləcəyini də mümkün hesab edirlər.
Bu o deməkdir ki, hazırda Qərbdə Güney Azərbaycanın mövcud potensialını və perspektivlərini ən düzgün qiymətləndirən ilk ölkə məhz İsraildir.
Maraqlıdır ki, İsrail parlamentinin 32 üzvünün Güney Azərbaycanla bağlı bu müraciəti İranın fars millətçilərinin, xüsusən də İranın keçmiş şahının oğlu Reza Pəhləvinin ciddi narahatlığına səbəb olub.
R.Pəhləvi Tvitter hesabında İsrail parlamentarilərinin Güney Azərbaycanla bağlı müraciətini qəbulolunmaz hal kimi və İranın ərazi bütövlüyünə qarşı yönəlmiş addım kimi qiymətləndirib.
İran şahının oğlu dərhal hərəkətə keçib, İsrail hökumətindəki dostlarına zəng vurub və onlardan İsrail dövlətinin məsələyə aydınlıq gətirməsini, İran-İsrail xalqları arasındakı dostluğa kölgə salan hərəkət barədə açıqlama verilməsini xahiş edib.
İsrail tərəfi təbii ki, bununla bağlı heç bir açıqlama verməyib və Reza Pəhləvinin xahişini cavabsız qoymağa üstünlük verib.
32 yəhudi deputatın məlum müraciətindən qəzəblənən Reza Pəhləvi hirsini Tvitterdəki sətirlərində bölüşüb:
“Belə ağılsız bəyanatlar İsrail liderləri və yüksək rütbəli rəsmilərinin onlarla keçirdiyim görüşlərdəki mövqeləri ilə tamamilə ziddiyyət təşkil edir. Bu gün mən Yerusəlimdəki dostlarımıza özümün və həmvətənlərimin bu məsələ ilə bağlı narahatlığımı bildirdim”.
R.Pəhləvin bu cür isterik davranışı bir daha bütün Pəhləvi sülaləsinin gerçək simasını ifşa edir. Bir müraciətə görə bu qədər qəzəblənən və Güney Azərbaycanın müstəqilliyi faktını hətta kağız üzərində olsa da belə heç cürə qəbullana bilməyən bu İran şahzadəsi sabah hakimiyyətə gəlsə, güneyli soydaşlarımıza gorbagor atası Məhəmməd Rza Pəhləvidən və babası Rza xan Pəhləvidən də betər qan uddurar.
Bir sözlə, Pəhləvilərin "kitab"ında güneylilərin müstəqilliyi məsələsinə iynənin ucu qədər də yer yoxdur.
Ancaq güneyliləri isə nə Pəhləvilərin, nədəki molla rejiminin mövqeyi qətiyyən maraqlandırmamalıdır. Güneylilər yeganə nicat yolunun məhz milli müstəqilliyin qazanılmasında olduğunu dərk etməlidirlər.
Güneyli fəallar isə güclü beynəlxalq dəstəyi təmin edilməsi ilə nəticələnə biləcək ağıllı mübarizə strategiyası fikirləşməlidirlər. Yəhudi deputatların müraciəti isə bu dəstəyi qazanmaq üçün uğurlu başlanğıc sayıla bilər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.