BƏYBALA MİRZƏYEV:
Kremlin gözyaşlarına heç kim inanmır
Kremlə yönələn dronu Ukraynanın güc nümayişi kimi və yaxud, Rusiyanın hədsiz dərəcədə zəifləməsinin, ya da Qərbin "əl"inin artıq Kremlə qədər gəlib çatmasının göstəricisi kimi izah etmək sadəlövhlükdür.
Nə Ukrayna indiki məqamda belə bir riskə getməz, nədəki Qərb bu cür primitiv taktikaya əl atmazdı.
Ukraynanın bu andakı əsas hədəfləri Kremli dronlarla vurmaq və yaxud hərbi əməliyyatları Rusiya ərazilərinə keçirmək deyil.
O ki qaldı Qərbə, indi Qorbaçovun "perestroyka" dövrü deyil ki, Qərbin uçurduğu alman təyyarəsi gəlib düz Kremlin önündə eniş etsin. Qərb eyni taktikanı ikinci dəfə təkrarlamır.
Qərbin bu hücumdan hətta xəbəri belə olmayıb. ABŞ dövlət katibi Entoni Blinkenin mayın 3-nə keçən gecə Kremlə pilotsuz uçuş aparatı ilə hücumla bağlı reaksiyası da bunu təsdiqləyir.
“Mən xəbərləri görmüşəm, sadəcə onları heç bir şəkildə təsdiqləyə bilmirəm. Sadəcə biz bilmirik. Gəlin, faktlara baxaq. Faktları bilmədən şərh vermək çox çətindir”, - Blinken deyib.
Ona görə də Rusiyanın ötən gecə Kremlə PUA ilə hücum edildiyini açıqlayaraq bu hücuma görə Ukraynanı günahlandırması və Putinə qarşı terakt kimi qiymətləndirməsi sadəcə böyük bir oyundur, hiylədir.
Bu, Putinin ənənəvi "hibrid müharibə" metodlarından biridir.
Kreml bu qədər qorumasız ola bilməz. Zatən bundan bir neçə ay öncə Kremlin və Moskvadakı bir sıra strateji məkanların üzərində radarlar, HHM sistemlərinin quraşdırıldığını hamımız bilirik. Bu baxımdan, Kremlin Ukrayna və ya NATO ölkələri tərəfindən dronla vurulması ehtimalı qeyri-realdır.
Bu "şou"nun arxasında Rusiya rəhbərliyi özü dayanır. Putin bu hadisədən bir çox taktiki məqsədlər, növbəti planlar üçün eninə-uzununa yararlanmağa çalışacaq. Adam zatən bu cür süni "terakt"lardan, hədəfyayındırıcı partlayışlardan başqa məqsədlər üçün, daha qlobal planlar üçün istifadə etməkdə ustadır.
Odur ki, lap yaxın vaxtlarda növbəti səfərbərliyin elan olunmasından tutmuş Ukraynanın özünün daha şiddətli bombardmanlara məruz qalmasına qədər, hər cürə preventiv "cavab" tədbirlərinin şahidi ola bilərik.
Bu hadisə eyni zamanda Kremlə propaqanda üçün lazımdır - həm daxili auditoriyaya hesablanmış təbliğat üçün, həm də anti-Qərb və anti-Ukrayna təbliğatına yeni impuls vermək üçün yeni bəhanə lazım idi. Buyurun, bu da "ideal" bəhanə...
P.S.
Əvvəllər "Kreml gözyaşlarına inanmır"dı, indi də Kremlin gözyaşlarına heç kim inanmır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.