BƏYBALA MİRZƏYEV:
Tarixin və günümüzün istehzalı və ağrılı məqamları...
Dünyanın total şəkildə ağlını itirdiyi dönəmlər olur. Həmin dönəmlərdən birində dünya iki dəlini - Stalin və Hitleri tapdı, birinin əlinə faşizm, digərinin əlinə isə sosializm bəlasını verdi, 60 milyon insanın qırılmasına səbəb oldu.
Bu gün Hitleri söyən dünya birliyi (və o cümlədən Rusiya), vaxtilə Hitlerin nökəri olmuş Qaregin Njdeyə İrəvanın mərkəzində heykəl qoyulmasına göz yumur.
İndi alman faşizmi üzərində qələbəni öz adına çıxmaq uğrunda amerikanlarla yarışa girişən və 9 May paradı keçirən Rusiyanın özü artıq müasir faşizm ölkəsinə çevrilib, Ukraynaya hücum etməklə "raşizm" adlı yeni işğalçı cərəyanın meydana çıxmasına səbəb olub.
Hazırda Putinə hamı Putler deyir. Yəni ki, Hitlerin müasir variantı...
1941-1945-ci illərdə almanlara qarşı döyüşən hər 5 sovet təyyarəsindən dördü və hər 5 sovet tankından dördü Bakı benzini ilə hərəkət edib. Lakin Stalin Azərbaycan xalqının haqqını yedi, Bakıya Qəhrəman şəhər statusu vermədi.
Rusiya Qələbə gününü 9 mayda, Avropa ölkələri isə 8 mayda qeyd edir...
İkinci Dünya müharibəsi zamanı Azərbaycan partizanları Avropanın bir sıra ölkələrinin, o cümlədən İtaliya və Fransanın hitlerçilərdən azad edilməsində xüsusi fədakarlıq və qəhrəmanlıq göstərib. İtaliyanlar bunu unutmur, indi İtaliya dövləti Avropada Azərbaycanın bir nömrəli tərəfdaşı sayılır. Fransız xalqı isə nankor çıxdı. Əhmədiyyə Cəbrayılov kimi qəhrəmanlarımızın mübarizəsi və zəhməti Makron kimi Türk və İslam düşmənləri tərəfindən göz ardı edilir.
Alman faşizmini bəla hesab edən və bu gün də nasizmi gerizəkalılıq kimi, barbarlıq kimi qiymətləndirən Avropa Birliyi erməni faşizmini isə həvəslə müdafiə edir, bəsləyir.
Həm Rusiyada, həm də Avropa ölkələrində millətçilik dalğası yenidən baş qaldırır, millətçi-şovinist partiyaların reytinqi sürətlə artır. 2022-ci ilin aprelində Fransada keçirilən prezident seçkiləri kampaniyasında ən fəal liderlər məhz millətçilər (Erik Zemmur, Marin Le Pen və b.) idi.
Dünya yenidən ağlını itirmək mərhələsinə qədəm qoyur. Lakin bu dəfə yeni dünya müharibəsi baş verməyəcək. İndi insanların sayını regional müharibələr, konfliktlər (Rusiya-Ukrayna müharibəsi kimi) və "hibrid müharibə"lər (koronavirus pandemiyası və s. kimi) vasitəsilə azaltmağa üstünlük verirlər.
1941/45-ci illərdə 300 min nəfərdən çox soydaşımız indi mövcud olmayan sərsəm bir dövlət (keçmiş SSRİ) uğrunda həlak oldu. Təsəvvür edin babalarımız, əmilərimiz, dayılarımız gələcəyi olmayan bir süni, eksperimental dövlət uğrunda öz canlarından keçiblər. Bu əsl faciədir. Mənim üzlərini görmədiyim ata babam və böyük əmim də bu müharibədə həlak olub.
P.S.
Allah bizi və dünyamızı faşizmin bütün növlərindən qorusun.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.