BƏYBALA MİRZƏYEV:
Moskvanın ənənəvi metodu: "Fatı qalx, Fatı otur"...
Ermənistanın bu dəfə məhz sərhəddə - Kəlbəcər istiqamətində atəşkəsi pozaraq təxribat törətməsinin arxasında şübhəsiz ki, Rusiyanın "barmağ"ı var.
Düşmənin Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirərək artilleriya və İran istehsallı PUA-lardan istifadə etməsi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub. Ordumuzun operativ cavab tədbirləri ilə qarşı tərəfin 3 əsgərinin yaralandığı bildirilir. Yəqin ki, gəbərdilənlər də olacaq, düşməndən qisas alınacaq.
Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı mayın 14-nə və iyunun 1-nə nəzərdə tutulan Brüssel və Kişinyov görüşlərinin pozulmasına hesablanıb. Odur ki, bu görüşlər ərəfəsində Ermənistan tərəfinin genişmiqyaslı təxribatlara əl atması əslində gözlənilən idi.
Çünki Ermənistan dövlət deyil, marionetdir, kukladır. "Fatı qalx, Fatı otur" prinsipi ilə hərəkət edən Nikol Paşinyan Brüssel və Vaşinqton danışıqlarında hər hansı irəliləyişdən dərhal sonra Putinin yanına qaçır və onun diktəsi ilə öncəki addımlarının tam əksinə hərəkət etməyə başlayır. Biz bu halı artıq dəfələrlə müşahidə etmişik. Birinci dəfə deyil ki.
Məqsəd də budur ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi Vaşinqton formatı üzərində yox, Kremlin planı əsasında imzalansın. Peskovun və Zaxarovanın son günlərdəki açıqlamalarının ümumi məzmunu da bunu deyir. Ona görə də sərhəddə genişmiqyaslı təxribatlar törədib Brüssel və Kişinyov görüşlərini pozmaq istəyirlər.
Bu Moskvanın ənənəvi metodudur. Paşinyan kimi iradəsiz, mövqesiz, qorxaq birisi də ortada olunca və Putinin hər tapşırığına "baş üstə" deyincə, Kreml üçün aranı qarışdırmaq və qarşıdakı görüşləri əngəlləmək elə də çətin deyil.
Bakı isə heç şübhəsiz ki, bu təxribatların qarşısını qətiyyətlə alacaq və Paşinyanı reallıq hissinə qaytarmaq üçün sərt tədbirlər görəcək. Lakin sülh sazişinin imzalanması isə yenə də qeyri-müəyyən müddətə təxirə düşəcək.
P.S.
Şər yuvası olan Kreml "sülh" sözündən oddan qorxan kimi qorxur.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.