Özbəkistanda Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı möhtəşəm tədbirlər keçirilib.
(FOTO=16)
Daşkənddə Ulu Öndərin anadan olmasının 100 illiyi ilə bağlı paytaxtdakı Heydər Əliyev park-meydanında Ümummilli Liderin abidəsi önündə böyük mərasim keçirilib.
Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, ölkə Senatı sədrinin birinci müavini Sadık Səfayev, xarici işlər naziri Bəxtiyar Saidov, mədəniyyət və turizm naziri Ozadbek Nazarbekov, Millətlərarası Münasibətlər və Dostluq Əlaqələri Komitəsinin sədri Rüstəm Kurbanov, Özbəkistanda fəaliyyət göstərən səfirlər, elm, mədəniyyət və incəsənət xadimləri, yerli azərbaycanlılar, ictimaiyyət nümayəndələri, jurnalistlər iştirak ediblər.
Əvvəl mərasim iştirakçıları Ulu Öndər Heydər Əliyevin parkdakı abidəsi önünə çoxsaylı əklillər və gül dəstələri qoyub, onun xatirəsini ehtiramla yad ediblər.
Tədbiri Özbəkistan millətlərarası münasibətlər və xarici ölkələrlə dostluq əlaqələri Komitəsinin sədri Rüstam Kurbanov açaraq Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərindən danışıb. O qeyd edib ki, Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlərin əsası Ümummilli lider Heydər Əliyev və Özbəkistanın birinci Prezidenti İslam Kərimov tərəfindən qoyulub. Bu gün bu səmimi dostluq münasibətləri Azərbaycan və Özbəkistanın dövlət başçıları İlham Əliyev və Şavkat Mirziyoyev tərəfindən uğurla davam etdirilir.
Səfir Hüseyn Quliyev 1960-cı illərdən başlayaraq Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəni tərəqqisi Heydər Əliyevin adı ilə bağlı olduğunu və Ulu öndərin ölkədə təhsil, infrastruktur, həmçinin neft və qaz sənayesinin inkişafına mühüm töhfələr verdiyini vurğulayıb. Səfir Heydər Əliyev 1993-cü ildə müstəqilliyinin itirilməsi təhlükəsi ilə qarşı-qarşıya qalan Azərbaycanda hakimiyyətə qayıdaraq ölkəni dərin böhrandan xilas etdiyini və dinamik inkişaf yoluna çıxardığını söyləyib. O, bugün Azərbaycanın qazandığı uğurlarda Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olduğunu vurğulayıb.
Özbəkistan Yazıçılar İttifaqının sədri, Xalq şairi Siracəddin Səyyid Ulu Öndər Heydər Əliyevin hər zaman Özbəkistanla münasibətlərə xüsusi önəm verdiyini bildirib. O, Ulu Öndərin Özbəkistana səfərləri, Uluqbəy adına Özbəkistan Milli Universitetinin fəxri doktoru adına layiq görülməsi haqqında söhbət açıb, bu böyük siyasətçinin mədəniyyətə, ədəbiyyata, şeirə, sənətə yüksək qiymət verdiyini diqqətə çatdırıb.
Digər çıxışçılar Mirabad rayonu Məhəllə komitəsinin sədri Mehriban Rəhimova, Özbəkistanda azərbaycanlı şair Əli Nəsirli çıxışlarında qeyd ediblər ki, Heydər Əliyev yalnız Azərbaycan xalqı deyil, bütün türk dünyası üçün nadir şəxsiyyət idi, bu böyük siyasətçinin fövqəladə idarəçilik qabiliyyəti olub. Onlar Heydər Əliyevin Özbəkistanla əlaqələrə daim xüsusi diqqət ayırması, Özbək liderlər Şərəf Rəşidov və İslam Kərimovla dostluq münasibətləri və bugünki gündə dövlətlərimiz arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsində Ulu öndərin xüsusi xidmətlərini qeyd ediblər.
Sonra tədbir iştirakçılarına Daşkənd şəhəriondəki Mərkəzi Fotoqrafiya Evində Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət sərgi təqdim olunub.
Özbəkistan Rəssamlıq Akademiyasının rəhbəri, akademik Akmal Nur sərgini açıq elan edərək Ulu Öndər Heydər Əliyevin təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında populyar olduğunu bildirib, onun mədəniyyətə, incəsənətə böyük diqqət verdiyini vurğulayıb.
Komitə sədri Rüstəm Kurbanov və Səfir Hüseyn Quliyev Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi kimi çətin və şərəfli işin öhdəsindən uğurla gələn Heydər Əliyevin Azərbaycan xalqının qəlbində əbədi iz qoyduğunu söyləyiblər.
Ümummilli Lider Heydər Əliyevin istər Sovet dövründə, istərsə də müstəqillik illərində Vətən və xalq qarşısında misilsiz xidmətlərindən danışıblar.
Daşkənd şəhər Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Xasay Abdullayev Ulu Öndər Heydər Əliyevi dünya şöhrətli siyasi xadim, öz xalqının sadiq oğlu və əvəzsiz şəxsiyyət kimi xarakterizə edib.
Fotosərgidə Ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə dair, habelə Heydər Əliyev Fondunun Ulu öndərin irsinin əbədiləşdirilməsi istiqamətində həyata keçirdiyi layihələrə dair fotoşəkillər öz əksini tapıb. Sərgi tədbir iştirakçılarında böyük maraqla qarşılanıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.