MÜŞVİQ ƏLƏSGƏRLİ:
Nikol Paşinyanı sona qədər sıxıb ikibaşlı ifadələrini redaktə etdirdilər.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Brüsseldə Prezident İlham Əliyev və baş naziri Nikol Paşinyanla keçirilən görüşdən sonra verdiyi bəyanatdan aydın olur ki, Ermənistan Azərbaycanın 86.600 kvadrat kilometr ərazisini tanıyıb. Məsələnin belə konkretləşdirilməsi çox vacib idi. Paşinyan indiyə qədər Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyirdi, bizim də Ermənistanın 29.800 kvadrat kilometr ərazisini tanımağımızı istəyirdi. Amma o, Azərbaycanın ərazi bütövlüyündən danışarkən, 86.600 kvadrat kilometrlik sözünü dilinə gətirmirdi. Məntiqi bu idi ki, Azərbaycanın ərazisini “Qarabağsız” tanıyırdı. Hətta indiki Brüssel danışıqlarında da erməni tərəfi müxtəlif xəritələri ortaya tökərək, sonucda 1975-ci ilin xəritələrinin qeyd olunmasında israr ediblər. Lakin bu ifadə qəbul edilməyib. Nəticədə Mişelin bəyanatında ancaq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu Almatı bəyannaməsinə istinad olunub.
Son danışıqlarda Qarabağ mövzusuna münasibətin necə olması gəlincə, qeyd edilir ki, burada
Laçın yolu ilə bağlı heç bir qeyd olmayıb. Mişel “Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyindən, Bakının bu qrup insanlarla açıq dialoqundan” danışıb ki, bu da Azərbaycanın mareaqlarını ifadə edir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.