BƏYBALA MİRZƏYEV:
Paşinyan tarixdə ilk dəfə erməniliyindən əl çəkəcək...
Brüsseldə Şarl Mişelin vasitəçiliyi ilə Əliyev-Paşinyan görüşü başa çatıb.
Görüş konstruktiv şəraitdə keçib.
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel üçtərəfli görüşdən sonra qeyd edib ki, Azərbaycan və Ermənistan liderləri 1991-ci il Almatı Bəyannaməsinə birmənalı sadiq olduqlarını, Ermənistanın 29 800 kvadrat kilometr ərazisinə və Azərbaycanın 86 600 kvadratkilometrlik ərazi bütövlüyünə hörmətlərini təsdiqləyiblər.
Bir sözlə, görüşün nəticələri ümidvericidir.
Ümid edək ki, Paşinyan heç olmasa, bu görüşdən sonra tarixdə ilk dəfə erməniliyindən əl çəkib, görüşün nəticələrinə uyğun davranış sərgiləyəcək və dərhal Moskvaya qaçıb Kremlin təlimatları əsasında Brüsseldəki razılaşmaların əksinə çıxış etməyəcək.
Yeri gəlmişkən, bu günkü Brüssel görüşündə fotoqrafların qeydə aldığı əksər görüntülərdə Paşinyanın bir sıra gülməli anları əks olunub.
Bu fotoşəkildə isə adam baş nazirdən daha çox klouna və ya komik aktyora oxşayır.
Ümumiyyətlə, bədən dili Paşinyanı çox tez ələ verir.
Yazığın düz-əməlli bir imicmeykeri də yoxdur. Xanımı Annanın da başına yekə bir daş düşüb, nə ərinin əyin-başına, nədəki yerişinə-duruşuna çəki-düzən verə bilmir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.