BƏYBALA MİRZƏYEV:
İranla hərdənbir bax, belə məzələnmək lazımdır - Taliban rəsmisi kimi...
Bildiyimiz kimi mayın 18-də İranın Sistan və Bəluçistan əyalətində səfərdə olan prezident İbrahim Rəisi Əfqanıstandan keçən Gilmənd çayından İrana çatan su haqqının kəsilməsi və verilməməsi ilə bağlı Əfqanıstanı idarə edən Taliban hökumətinə sərt xəbərdarlıq edib.
Qarşı tərəfdən Rəisinin bu xəbərdarlıq və təhdidinə iki cürə reaksiya gəlib - biri rəsmi, digəri isə qeyri-rəsmi...
Belə ki, Əfqanıstan hökuməti iranlı mütəxəssislərin Gilmənd çayında suyun vəziyyətini araşdırmağa icazə verməkdən imtina edib və Taliban bununla bağlı bəyanat yayıb.
Bu isə rəsmi Tehranla Taliban hökuməti arasında Gilmənd çayına görə yaranan mübahisəli vəziyyəti bir qədər də kəskinləşdirib. Bu dəfə İran XİN-in başçısı Hüseyn Əmir Abdullahiyan öz Tvitter hesabında Talibanın bəyanatına əsəbi reaksiya verərək bunları yazıb:
“Son aylarda mən dəfələrlə Əfqanıstanın xarici işlər naziri vəzifəsini icra edən Molla Müttəqidən Gilmənd sazişinə uyğun olaraq öhdəliklərini yerinə yetirməyi və texniki nümayəndə heyətlərinə suyun səviyyəsini ölçməsi imkanının yaradılmasını xahiş etmişəm. Lakin onlar bunu etməyiblər. Sistan quraqlıqdan əziyyət çəkir. Suyun olub-olmaması üçün meyar siyasi bəyanat yox, texniki və obyektiv səfərdir”.
Taliban hökumətinin sözçüsü Zəbiullah Mücahid İran prezidentinin xəbərdarlığına münasibət bildirərək, İbrahim Rəisinin açıqlamasını yersiz bəyanat və nalayiq çıxış kimi qiymətləndirib.
Z.Mücahid deyib ki, bu hal (yəni ki, İranın yersiz bəyanatları) bir daha təkrar olunmamalıdır!”.
Talibanın komandiri hesab olunan general Mobin isə İran tərəfinə qeyri-rəsmi və həm də məzəli cavab vermək qərarına gəlib.
General Mobin Gilmənd çayının yanından video çəkərək İran prezidentinin hədə-qorxusunu istehza hədəfinə çevirib: “Ağayi rəise-cumhur-e İran, sən Allah, bizə hücum etmə, qorxuruq”.
Əslində bu iki reaksiyanın hər ikisi də İran mollabaşlarına tutarlı cavabdır. Və mən deyərdim ki, lağ-lağı xarakterli video rəsmi reaksiyadan daha effektivdir.
Çünki bu cür sarkazmlar, istehza dolu cavablar mollaları daha çox qıcıqlandırıb özündən çıxarır, nəinki rəsmi-diplomatik bəyanatlar.
Ona görə də gah ABŞ-a, gah İsrailə, gah da Azərbaycana meydan oxuyan İranın fars-molla rejiminə hərdənbir sivil dövlət ritorikası ilə yox, bax, bu Taliban mollaları kimi xırs-quldurbasan tipində cavab vermək, onları cırnatmaq, əsəbləri ilə oynamaq lazımdır. Çünki İranı idarə edənlər belə durumlarda karıxıb qalır, aciz vəziyyətə düşürlər və nə deyəcəklərini, necə cavab verəcəklərini müəyyənləşdirə bilmirlər.
Hərçənd ki, əfqan mollaları da yaramazlıqda fars mollalarından heç də geri qalmırlar, lakin belə məqamlarda necə deyərlər, dinsizlərin öhdəsindən yalnız imansızlar gələ bilər.
P.S.
Yeri gəlmişkən, fars-molla rejimi Talibanın İrana hər an hücum edə biləcəyindən qorxur. Odur ki, Əfqanıstanla da sıcaq münasibətlər qurmağımızda fayda var.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.