Bakı Dövlət Universitetində (BDU) 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdən əvvəl BDU kollektivi 2 saylı tədris binasının qarşısında şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, gül dəstələri düzüb.
Mərasim iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.
BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, xalqımızın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları düz 33 il əvvəl həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. 20 Yanvar Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəmizin rəmzinə çevrilib. Bu faciə Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb. Keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlıq əleyhinə ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə həkk olunub. O zaman yalnız Ümummilli lider Heydər Əliyev siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək kəskin bəyanatla çıxış edib. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra 1994-cü il martın 29-da Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı - Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib.
Rektor qeyd edib ki, bu gün xatirəsini daim əziz və uca tutduğumuz bütün şəhidlərimizin ruhu şaddır. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin hərbi və siyasi bacarığı, qüdrətli ordumuzun rəşadəti, xalqımızın möhkəm birliyi sayəsində 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qarabağ zəfəri ilə şəhidlərimizin intiqamı alınıb, onların qanı yerdə qalmayıb.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, BDU-nun professoru Jalə Əliyeva qeyd edib ki, həmin gün xalqımız böyük faciə ilə üzləşsə də, özünün Vətənə, torpağa sədaqətini, qəhrəmanlığını, müstəqillik uğrunda mübarizliyini bütün dünyaya nümayiş etdirdi. 20 Yanvar faciəsi ermənipərəst sovet rəhbərliyinin Azərbaycana qarşı məkrli niyyətini bir daha açıb göstərdi. 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılıb.
Milli Məclisin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə, BDU-nun kafedra müdiri, I Qarabağ veteranı Knyaz Aslan, Cinayət hüququ və kriminologiya kafedrasının dosenti Rauf Şəmsizadə çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun paytaxtda və bölgələrdə həyata keçirdiyi qətliamdan, günahsız insanların həyatlarını itirməsindən bəhs edib, Vətən uğrunda canlarından keçmiş oğullarımızın Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını qeyd ediblər.
Daha sonra AzTV-nin istehsalı olan “Tarixin izi ilə” sənədli filmi (sənədli filmin ssenari müəllifi BDU-nun Jurnalistika fakültəsinin müəllimi Mahir Qəribovdur) nümayiş etdirilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.