BƏYBALA MİRZƏYEV:
Kilid adamın qərarı
Bu da belə. Sinan Oğan da qərarını açıqladı.
Özəl olaraq mətbuat konfransı keçirən "ATA" İttifaqının Türkiyə prezidentliyinə namizədi ikinci turda hansı lideri dəstəkləyəcəyi ilə bağlı qərarını açıqladı və mayın 28-də Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğana səs verəcəyini bəyan etdi, "TARAFIMIZ ERDOĞAN" dedi.
Milli görüşlü siyasətçi Sinan Oğan öz tərəfdarlarını, seçicilərini də Ərdoğana səs verməyə çağırdı.
Bəli, belə bir qərar qəbul etmək heç də asan deyildi. Və onu da nəzərə alsaq ki, bu günlərdə Sinan Oğana hər tərəfdən böyük təpkilər, təzyiqlər, təsirlər vardı, belə bir kritik və həssas şəraitdə onun məhz Ərdoğanın xeyrinə qərar qəbul etməsi doğrudan da çox böyük iradə və gərgin beyin hücumu tələb edirdi.
Açığı, bir çoxları Sinan Oğandan məhz bu qərarı gözləyirdi. Mən mayın 15-də yazdığım "Kilid adam" adlı yazımda da Sinan Oğanın məhz Ərdoğanı dəstəkləyəcəyini qeyd etmişdim. Budur, təxminlərim özünü doğrultdu. Sinan bəyin "kilid adam" olmadığını deyənlər və onun məhz Kılıçdaroğluna dəstək verəcəyini deyənlər indi də yəqin başqa fikirlər səsləndirəcəklər.
Və bu günə qədər Sinan Oğanı Kamal Kılıçdaroğlunun yanında görmək istəyənlər, siyasətə "linç kültürü"nü gətirənlər bu gündən etibarən yəqin ki, onu linç etməyə, ona qarşı hər cürə ittihamlar yağdırmağa başlayacaqlar.
Qoy olsun, böyük siyasətdə olan hər bir lider kimi Sinan Oğan da yəqin ki, bu linçlərə, şər-şəbədələrə hazırdır.
Əsas olan odur ki, Sinan bəy bu qərarını həm də böyük Türk (Turan) Birliyinə aparan Türk Dövlətləri Təşkilatının gücləndirilməli olduğu düşüncəsi ilə qəbul edib.
Uğur Ramazan Toraman adlı bir sos.şəbəkə istifadəçisinin də qeyd etdiyi kimi, bəli, Sinan Oğanın gerçək bir Milliyətçi olduğunu indi anladıq.
Bundan sonra Türkiyə Türk dünyasının inteqrasiyasında daha aktiv rol oynamağa başlayacaq. Çünki bundan sonra Türkiyə iqtidarının siyasətində türk milliyətçilərinin iradəsi mühüm rol oynayacaq. Türkiyə iqtidarının bundan sonra Türk Dünyası ilə əlaqələr üzrə layihələrini yəqin ki, məhz Sinan Oğan icra edəcək.
Beləliklə, 28 Maydan Türk dünyası üçün yeni bir dönəm başlayacaq.
Xeyirli-uğurlu olsun!
"Kilid adam" yazısı bu linkdə: https://azpressmedia.az/news4293
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.