Bu gün AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda 20 Yanvar hadisələrinin 33-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri İnstitutun direktoru, b.e.d., professor S.İbadullayeva açaraq, bildirib ki, Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən artıq 33 il ötür. 20 yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, eyni zamanda qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərin qanı ilə Azərbaycanın yeni tarixi yazılıb. Həmin hadisə xalqımızın qəhrəmanlıq dastanına ən parlaq səhifələrdən biri kimi daxil olub. Dövlət müstəqilliyimizin bərpası, azadlığımız üçün ilk növbədə 20 Yanvar şəhidlərinə borcluyuq. Keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı qətliam törədib. Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə yüzlərlə Azərbaycan vətəndaşı şəhid olub, yaralanıb və xəsarət alıb, həmçinin qanunsuz həbs edilib. Bununla insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub. Ümummilli lider Heydər Əliyev ölkəmizdə siyasi hakimiyyətə qayıtdıqdan sonra Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib.
İnstitutun icraçı direktoru, b.e.d. Şakir Qasımov, b.ü.f.d. Ələddin Qədimov, b.ü.f.d. Şəkər Muxtarova, b.ü.f.d. Rəşad Səlimov 20 yanvar hadisələrinin səbəblərini, həmin hadisələr ərəfəsində Azərbaycanda yaranmış gərgin ictimai-siyasi vəziyyəti, keçmiş sovet rəhbərlərinin xalqımıza qarşı məkrli siyasətini və digər mühüm məqamları diqqətə çatdiriblar.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.